Xocalı soyqırımının 25 illiyi Silahlı Qüvvələrdə keçirilən silsilə tədbirlərdə anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər bir sıra şəhər və rayonlarda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində, klub və kitabxanalarda təşkil olunub.