Xocalı soyqrımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi
Bakı, 25 fevral, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi anılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təhsil naziri Mikayıl Cabbarov, Milli Məclis deputatlarının, ali təhsil müəssisələri rəhbərlərinin iştirak etdikləri tədbirdə ermənilərin törətdikləri Xocalı soyqırımının dəhşətlərindən bəhs edilib.
Mərasimdə yerli və xarici bəstəkarların əsərləri səsləndirilib.