Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xüsusi təyinatlı ali hərbi məktəblərin kursantlarının birinci ümumrespublika konfransı keçirilib YENİLƏNİB

Bakı, 7 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə mayın 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda Azərbaycan Respublikasının xüsusi təyinatlı ali hərbi məktəblərinin kursantlarının birinci ümumrespublika konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda səkkiz xüsusi təyinatlı ali təhsil müəssisəsinin - Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Müdafiə Nazirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbinin, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Daxili Qoşunların Ali Hərbi Məktəbinin, Fövqəladə Hallar Nazirliyi Akademiyasının, Dövlət Gömrük Komitəsi Akademiyasının və Dövlət Sərhəd Xidməti Akademiyasının rəhbər heyəti və kursantları, həmçinin respublikanın tanınmış alimləri, hərbi təhsil və elm müəssisələrində Heydər Əliyev irsini araşdıran elm adamları və tədqiqatçılar, DTX-nin əməkdaşları, xüsusi xidmət orqanlarının veteranları iştirak ediblər.

Konfransın məqsədi Azərbaycanın hərtərəfli tərəqqisi yolunda ölçüyəgəlməz tarixi xidmətlər göstərmiş, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr vermiş ümummilli lider Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunəsinin və peşəkarlıq irsinin gənc nəslə aşılanması və öyrədilməsidir.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək Mərkəzin foyesindəki abidəsi önünə əklil qoyub və gül dəstələri düzüblər.

Sonra iştirakçılar DTX-nin Heydər Əliyev adına Akademiyası tərəfindən çap etdirilən kitablardan ibarət sərgi ilə tanış olublar.

Daha sonra ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Birinci ümumrespublika konfransının plenar iclasında çıxış edən DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsini icra edən, general-leytenant Əli Şəfiyev ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışaraq, dahi şəxsiyyətin istər xüsusi xidmət orqanlarında, istərsə də ali dövlətçilik fəaliyyətində keçdiyi şərəfli xidmət yolunun daim öyrənildiyini diqqətə çatdırıb. Bu baxımdan Azərbaycan Respublikasının xüsusi təyinatlı ali hərbi məktəblərinin kursantlarının birinci ümumrespublika konfransının keçirilməsinin önəmi xüsusi vurğulanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin öyrənilməsi üçün genişmiqyaslı araşdırmaların və tədqiqatların aparıldığını diqqətə çatdırıb. O, AMEA-nın Tarix İnstitutunda fəaliyyətə başlayan Əliyevşünaslıq Elmi-Tədqiqat Mərkəzi tərəfindən bu dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi üçün sanballı elmi araşdırmaların aparıldığını və müxtəlif nəşrlərin hazırlanıb çap edildiyini bildirib. Ümummilli lider Heydər Əliyevin dünya tarixində misilsiz iz qoymuş görkəmli şəxsiyyətlər, o cümlədən Otto fon Bismark, Mustafa Kamal Atatürk, Cəvahirləl Nehru, Şarl de Qoll ilə müqayisə olunduğunu diqqətə çatdıran alim deyib ki, Ulu Öndər dünyanın altıdabirinə nəzarət edən SSRİ kimi nəhəng dövlətin rəhbərliyinə sırf uzaqgörən zəkası və istedadı sayəsində qalxmışdı. Bu, onu digər şəxsiyyətlərdən daha yüksəyə ucaldır. Ona görə də xalqımız bu görkəmli şəxsiyyətlə daim qürur duyacaq.

Alim hələ sovet dövründə ulu öndər Heydər Əliyevin xalqımızı müstəqilliyə hazırlayaraq, milli zabit kadrların yetişdirilməsi üçün misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Bildirib ki, məhz dahi şəxsiyyətin yorulmaz səyləri sayəsində Bakıda fəaliyyətə başlayan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları olan milli zabit kadrları Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və ərazi bütövlüyümüzün bərpasında qəhrəmanlıq nümunələri göstəriblər. O, Ümummilli Liderin Azərbaycanın xüsusi xidmət orqanlarının şəxsi heyətinin milliləşdirilməsi sahəsində xidmətlərinin dahi şəxsiyyətin Vətəninə, xalqına və dövlətinə bağlılığının göstəricisi olduğunu diqqətə çatdırıb.

Y.Mahmudov AMEA-nın Tarix İnstitutu, eləcə də Əliyevşünaslıq Elmi-Tədqiqat Mərkəzi tərəfindən çapdan çıxan bir neçə tədqiqat əsərini DTX-nin Heydər Əliyev adına Akademiyasına hədiyyə edib.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, general-mayor Nazim Əliyev ümumrespublika konfransında aparılan müzakirələrin ulu öndər Heydər Əliyev irsinin tədqiqi və araşdırılması işinə mühüm töhfə verəcəyinə əminliyini bildirib. N.Əliyev müstəqilliyin əvvəllərində Azərbaycanın vətəndaş müharibəsi, məhv olmaq, parçalanmaq təhlükəsi ilə qarşılaşdıqda xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin ölkəmizi bu çətin sınaqlardan üzüağ çıxaraq, ordu quruculuğu, ictimai-siyasi sabitliyin, demokratik inkişafın, qanunun aliliyinin təmin olunması sahələrində yorulmaz fəaliyyətindən söz açıb. Diqqətə çatdırılıb ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın dinamik inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi sayəsində sürətlə inkişaf edən ölkəmiz regionun lider dövlətinə çevrilməklə yanaşı, dünya birliyində özünə layiqli yer tutub.

Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinin Azərbaycan ilə yanaşı, dünyanın müxtəlif ölkələrində də silsilə tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində xalqına ən yüksək sədaqət nümayiş etdirib, misilsiz xidmətlər göstərib, ölkəsini qısa müddətdə inkişaf etdirərək güclü dövlətə çevirib. Bu gün biz ümummilli lider Heydər Əliyevin miras qoyduğu gənc müstəqil Azərbaycan dövlətini göz bəbəyi kimi qorumalı, onu daha da inkişaf etdirməliyik. P.Süleymanov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əminliyini bildirib.

Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərinin onun Vətəninə və xalqına ürəkdən bağlılığının ən bariz nümunəsi olduğunu qeyd edib. O, Ümummilli Liderimizin xatirəsinin daim Azərbaycan xalqının qəlbində yaşayacağını bildirib. Konfransın xalqımızın Heydər Əliyev irsinə, onun Vətən, dövlət və xalq qarşısında əvəzsiz xidmətlərinin öyrənilməsinə yüksək diqqətinin göstəricisi olduğunu bildirən İ.Ələkbərov dahi şəxsiyyətin ölkəmizdə bütün sahələrdə olduğu kimi, gömrük orqanlarının işinin yenidən təşkilində və bu sahədə mühüm uğurların qazanılmasında da mühüm rolunu xüsusi vurğulayıb.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi, general-mayor İlqar Məmmədov ulu öndər Heydər Əliyevin milli zabit kadrlarının hazırlanması istiqamətində həyata keçirdiyi uzaqgörən siyasət sayəsində yetişən peşəkar hərbçilərdən biri olmasından qürur duyduğunu vurğulayıb. Müstəqilliyin əvvəllərində cəbhədəki hərbi uğursuzluqların əsas səbəblərindən birinin də ordudakı başıpozuqluq, hərc-mərclik olduğunu xatırladan İ.Məmmədov ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qısa müddətdə qüdrətli nizami ordunun yaradıldığını və düşmənə ağır zərbə vurulduğunu bildirib. Ümummilli Liderimizin qurucusu olduğu Azərbaycan Silahlı Qüvvələrinin Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün regionun ən güclü ordusuna çevrildiyini vurğulayan İ.Məmmədov qeyd edib ki, Ordumuz öz gücünü Aprel döyüşlərində nəinki düşmənə, bütün dünyaya göstərdi.

Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov konfransın əhəmiyyətini yüksək qiymətləndirib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında çalışdığı illərlə bağlı xatirələrini bölüşən Ş.Süleymanov Ümummilli Liderin uzaqgörən siyasətinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyin dönməz xarakter aldığını, mühüm uğurların qazanıldığını bildirib.

Açılış çıxışlarından sonra ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Sonra konfrans işini “Azərbaycanın daxili və xarici təhlükəsizliyinin təminatında Heydər Əliyevin rolu”, “Heydər Əliyev və ordu quruculuğu”, “Heydər Əliyev hüquqi, demokratik və sivil dövlətin təminatçısı kimi” mövzularında üç bölmə iclası ilə davam etdirib. Bölmə iclaslarında 20-yə yaxın kursantın məruzəsi dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində zəlzələ olub

Azərbaycan nefti 95 dollara satılır

ABŞ Senatına Rusiya əleyhinə sanksiyalarla bağlı qanun layihəsi təqdim edilib

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Araz çayında batan şəxsin meyiti tapılıb

Kuba ABŞ sanksiyalarını mümkün hərbi müdaxilə üçün bəhanə kimi görür

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

Tramp İranın ABŞ helikopterini vurmasını ciddi hadisə saymır

Yeni Zelandiyanın cənubunda güclü zəlzələ qeydə alınıb

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

Samirə Səfi: HÜDUD sərgisi sabitliklə parçalanması arasındakı sərhədləri araşdırır

Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH