“Yanğına səbəb olmayaq” məlumatlandırıcı posterlərin sayı artırılır
Bakı, 22 iyun, AZƏRTAC
Təbiət ərazilərində, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması və əhalinin məlumatlandırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maarifləndirici tədbirlər davam etdirilir, məlumatlandırıcı və xəbərdaredici posterlərin sayı artırılır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Yanğına səbəb olmayaq” məlumatlandırıcı posterlər meşə sahələrinə yaxın yerlərdə, yol kənarlarında, insanların daha çox üz tutduğu yaşıllıq ərazilərində yerləşdirilir.