YANINDA QADIN OTURAN SÜRÜCÜLƏR AVTOMOBİLİ EHTİYATLA SÜRÜRLƏR
Sorğuda iştirak edən 500 qadın və kişinin sözlərinə görə, sürücünün yol hərəkəti qaydalarını xatırlamasına, maşını ehtimalla sürməsinə təsir göstərən başlıca amil yanında sərnişin olmasıdır. Özü də sürücünün yanında kimin oturması həlledici rol oynayır.
Zərif məxluqla yol gedən kişilərin əksəriyyəti sürəti azaldır, dəlisovluq etmir, maşını çox ehtiyatla sürürlər. Kişi sürücülərin 65 faizi hesab edir ki, qadınlar kövrək məxluqlardır, ona görə də onların ürəyini yolda hoqqa çıxarmaqla deyil, son dərəcə ehtiyatlı davranmaqla ovlamaq olar. Sözsüz, belə yanaşmanın öz məntiqi var. Ekspertlər xanımların sürücülərə yaxşı təsir göstərdiyi barədə fərziyyələrini sübut etmək üçün daha bir tədqiqat aparmış və bu zaman sürücünün maşını idarə etmək tərzinin necə dəyişdiyinü müşahidə etmişlər. “Gizli kamera”nın nəticələri kişilərin etirafı ilə üst-üstə düşmüşdür.
Xanımlara gəldikdə isə, gizli müşahidələrin nəticələrinə görə, onların əksəriyyəti sərnişinin hansı cinsin nümayəndəsi olmasının fərqinə varmadan, maşını ehtiyatla sürməyə başlayırlar. Lakin sorğuda iştirak edənlərin bir çoxu tamamilə bunun əksinə informasiya vermişlər. Xanımların 71 faizinin sözlərinə görə, onlar heç bir halda hər hansı kişi sərnişinə görə sürəti azaltmaq və ehtiyatlı olmaq niyyətində deyillər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:45]
Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub
- 02.10.2026 [21:40]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [21:38]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [21:17]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [20:35]
Bu saata olan əsas xəbərlər
- 02.10.2026 [20:00]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [19:30]