Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAP, AK Parti və UBP arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, 14 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfəri davam edir.

Səfər çərçivəsində noyabrın 14-də Yeni Azərbaycan Partiyası, Ədalət və İnkişaf Partiyası və Ulusal Birlik Partiyası (UBP) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi olub.

Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mərasimdən əvvəl Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşı səsləndirilib. Sonra müasir müstəqil Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu, Böyük Öndər Mustafa Kamal Atatürkün, Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Rauf Denktaşın, Kipr Türk xalqının azadlıq mübarizəsinin öndərlərindən olan Fazil Küçükün və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov əvvəlcə Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 40-cı ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası adından təbriklərini çatdırıb. O, Azərbaycan, Türkiyə və Şimali Kipr Türk xalqları arasında münasibətlərin inkişafının mühüm prioritetlərdən biri olduğunu diqqətə çatdırıb. Vətən müharibəsində möhtəşəm Qələbə qazanan, işğal faktını və separatizmi birdəfəlik aradan qaldıraraq ərazi bütövlüyünü bərpa edən Azərbaycanın regional və beynəlxalq miqyasda önəmli geostrateji reallıqlar formalaşdırdığını vurğulayan Tahir Budaqov ölkəmizin tarixi Zəfərinin Türk dövlətləri üçün də yeni imkanlar və perspektivlər yaratdığını bildirib. YAP Sədrinin müavini mövcud gerçəkliklər fonunda Türk dövlətlərinin ortaq hədəflərə yönəlik birgə təşəbbüslərinin önəmli olduğunu söyləyib. “Bu kontekstdə Türk dövlətlərinin hakim siyasi partiyaları arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi də zəruridir”, - deyə YAP Mərkəzi Aparatının rəhbəri əlavə edib.

2021-ci il iyunun 2-də Əməkdaşlıq Protokolu imzalayan və ötən müddət ərzində ortaq maraqlara əsaslanan mühüm tədbirlər reallaşdıran Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının münasibətlərinin nümunəvi xarakter daşıdığını diqqətə çatdıran Tahir Budaqov yeni mərhələdə YAP, AK Parti və UBP arasında üçtərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib. YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Anlaşma Memorandumu çoxşaxəli işbirliyinin əsas istiqamətlərini və prioritetləri müəyyənləşdirən çox önəmli sənəddir. “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü, Şimali Kipr Türk Cümhuriyyətinin isə 40-cı ildönümlərində qardaş xalqların hakim siyasi partiyaları arasında Anlaşma Memorandumunun imzalanması mühüm mənəvi-siyasi əhəmiyyətə malik hadisə kimi tarixi önəm daşıyır”, - deyən YAP Sədrinin müavini əlavə edib ki, Memorandumdan irəli gələn vəzifələrin icra olunması, qarşılıqlı səfərlərin həyata keçirilməsi, ortaq maraqlara əsaslanan tədbirlərin reallaşdırılması, fikir və təcrübə mübadiləsinin aparılması xalqlarımız arasında əməkdaşlığın dərinləşməsinə töhfə olacaq, partiyalararası münasibətlərə dinamizm gətirərək müştərək hədəflərə çatmağa imkan verəcək.

AK Parti Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala Azərbaycan, Türkiyə və Şimali Kipr Türk xalqları arasında əlaqələrin inkişafının siyasi öncəliklərdən biri kimi diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Azərbaycanın Qarabağ Zəfərinin regionda yeni nizam yaratdığını söyləyən Efkan Ala ölkəmizin suverenliyini tam bərpa etməsini tarixi hadisə kimi dəyərləndirib. Azərbaycan ilə Türkiyənin təşəbbüslərinin bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyini diqqətə çatdıran AK Parti Sədrinin birinci müavini Türk dövlətləri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirib. “Yeni dönəmdə Azərbaycan, Türkiyə və Şimali Kipr Türk xalqları arasında münasibətlərin inkişafı maraqlarımızın təmin olunması və strateji hədəflərin reallığa çevrilməsi baxımından böyük əhəmiyyət daşıyır”, - deyən Efkan Ala iqtidar partiyaları arasında münasibətlərin bu prosesə layiqli töhfə olacağına inamını ifadə edib.

Yeni Azərbaycan Partiyası, Ədalət və İnkişaf Partiyası və Ulusal Birlik Partiyası arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyətindən bəhs edən Efkan Ala deyib: “Memorandumda əksini tapan məsələlər bizim niyyətimizi - ortaq dəyərlərə və milli maraqlara əsaslanan münasibətlərin inkişafı istiqamətində iradəmizi əks etdirir, qarşıdakı dövr üçün hədəflərimizi müəyyən edir. Üçtərəfli təmasların sıxlaşdırılması çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinə etibarlı zəmin yaradır. Anlaşma Memorandumu hakim partiyalar arasında məqsədyönlü işbirliyinin yol xəritəsi olacaq, sənəddə əks olunan öhdəliklərin yerinə yetirilməsi bizə yeni uğurlar qazandıracaq”.

Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Ulusal Birlik Partiyasının Sədri Ünal Üstel beynəlxalq münasibətlər sistemində hazırkı reallıqlar fonunda Türk dünyasının yeni çağırışlarla üzləşdiyini diqqətə çatdırıb. Belə bir şəraitdə Türk xalqlarının həmrəylik nümayiş etdirməsinin və səmərəli, nəticəyönümlü əməkdaşlıq qurmasının vacib prioritetlərdən olduğunu bildirən Ünal Üstel Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin bütövlükdə Türk dünyası üçün müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin qardaşlıq nümunəsi ortaya qoyaraq münasibətlərin inkişafına xüsusi önəm verdiklərini və prinsipial mövqe nümayiş etdirdiklərini söyləyən Baş nazir hakim partiyalar arasında münasibətlərin xalqlarımızın maraqlarının təmin olunmasına yönəldiyini qeyd edib. “Ulusal Birlik Partiyası AK Parti və Yeni Azərbaycan Partiyası ilə münasibətlərin inkişafında son dərəcə maraqlıdır”, - deyən partiya sədri Anlaşma Memorandumunun yeni formatda - üçtərəfli əlaqələr müstəvisində əməkdaşlığa təkan verəcəyini bildirib. “Biz bu gün xalqlarımızın maraqlarının, partiyalarımızın hədəflərinin dəqiq əks olunduğu Anlaşma Memorandumu imzalamaqla qarşılıqlı faydalı əməkdaşlığın möhkəm əsaslarını yaradırıq. Əminəm ki, birlikdə daha böyük uğurlara imza atacağıq”, - deyə Ünal Üstel bildirib.

Memorandumu YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, AK Parti Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala və Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, UBP-nin Sədri Ünal Üstel imzalayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xətai rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib