YAP ZAQATALA RAYON TƏŞKİLATININ V KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC- ın müxbiri xəbər verir ki, konfransda YAP Zaqatala rayon təşkilatının sədri, Milli Məclisin üzvü Hacıməmməd Ramazanov təşkilatın son iki ildə fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzədə ölkənin ictimai-siyasi həyatında güclü və nüfuzlu bir qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yola bir daha nəzər salınmış, qazanılmış uğurlardan, qarşıda duran vəzifələrdən danışılmışdır.
Milli Məclisin üzvləri - YAP icra katibinin müavini Səyavuş Novruzov, YAP idarə heyətinin üzvü Kərim Kərimov, deputat Eldar İbrahimov və digər natiqlər çıxış edərək, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və qısa vaxt ərzində formalaşaraq ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının respublikamızın ictimai-siyasi həyatındakı tarixi rolundan və böyük xidmətlərindən danışmış, bu partiyanın ölkəmizə tərəqqi və xalqımıza xoşbəxtlik bəxş etdiyini vurğulamışlar.
Konfransda Hacıməmməd Ramazanov yenidən YAP Zaqatala rayon təşkilatının sədri seçilmişdir.
Konfransın sonunda Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:17]
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
- 02.10.2026 [11:00]
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]