Yapon alimlər Parkinson xəstəliyinin iPS hüceyrələri vasitəsilə müalicəsinin uğurla davam etdiyini bildiriblər
Tokio, 5 fevral, AZƏRTAC
Yaponiyanın Kioto Universitetinin bir qrup alimi Parkinson xəstəliyinin iPS hüceyrələri vasitəsilə müalicəsinin uğurla davam etdiyini bildirib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, həmin kliniki sınaqlar zamanı istənilən toxumanın hüceyrələrində inkişaf etmək qabiliyyətinə malik olan modifikasiyalı iPS hüceyrələrindən istifadə edilib.
Qeyd edək ki, statistik məlumatlara görə Yaponiyada 150 min adam ətrafların əsməsinə səbəb olan və hərəkətin sürətinə təsir edən Parkinson xəstəliyindən əziyyət çəkir.
Xatırladaq ki, 2018-ci ilin oktyabrında bir qrup alim iPS hüceyrələrini orqanizmin funksiyalarını bərpa etmək məqsədilə bir pasiyentin beyin hüceyrələrinin üzərinə yerləşdirib.
Belə bir prosedur ötən il daha iki pasiyentə tətbiq olunub.
Alimlərin bildirdiyinə görə, iPS hüceyrələrin neyronlara çevrilməsindən sonra həmin xəstələrin heç birində problem müşahidə edilməyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]