YAPON GEOLOQLARI ZƏLZƏLƏLƏRİN MƏNBƏYİNDƏN SÜXUR NÜMUNƏLƏRİ GÖTÜRMÜŞLƏR
AZƏRTAC xarici kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, Avropa Geoloji Elmlər İttifaqının illik görüşündə yapon alimləri seysmik zona kimi tanınmış Nankay dəniz çökəkliyindən çıxarılmış süxur nümunələrinin təhlilinin ilk nəticələrini təqdim etmişlər.
Yapon geoloqları “Chikyu” adlı xüsusi qazma gəmisinin köməyi ilə tarixdə ən genişmiqyaslı dərin qazma layihələrindən birini həyata keçirirlər. Bu layihənin məqsədlərindən biri - yer qatını dəlib keçmək, digəri - 6 kilometrə qədər dərinlikdə yer qatında zəlzələlər və sunamilər barədə əvvəlcədən xəbər verə biləcək qurğular yerləşdirməkdir.
Yaponiyanın cənub-şərq sahillərinin yaxınlığında yerləşən Nankay çökəkliyi 1944-cü ildə Tonankay zəlzələsinin, 1946-cı ildə isə Nankaydo zəlzələsinin mərkəzi olmuşdur. Bu zəlzələlərin maqnitudası 8-dən yuxarı idi. Çökəklik öz strukturuna görə 2004-cü ildə Hind okeanı sahillərində tüğyan etmiş sunaminin başlandığı Zond çökəkliyinə oxşayır.
Nankay çökəkliyində subduksiya zonası yerləşir: burada bir tektonik layın kənarı digər tektonik layın altına düşür. Bu da gərginliyin artmasına və vaxtaşırı külli miqdarda enerjinin azad olmasına gətirib çıxarır.
Layihənin birinci mərhələsində qazılmış quyulardan götürülmüş süxur nümunələri kompyuter tomoqrafiyasının köməyi ilə təhlil edilmişdir. Müvafiq skanerin quruluşu analoji tibbi alətdə olduğu kimidir. Əldə edilmiş şəkillər nümunələr üzərində gərginlik xətlərini görməyə imkan verir: ehtimal edildiyi kimi, onların əksəriyyəti tektonik layların hərəkət istiqaməti boyunca yerləşir, lakin nümunələrin birində bir-birinə nəzərən 90 dərəcəlik bucaq altında yerləşir.
Bu xətlərin təhlil edilməsi subduksiya zonasının quruluşunu, yəni plitələrin hansı hissələrinin möhkəm “sıxılmış” olmasını və hansı hissələrin nisbətən sərbəst hərəkət edə bilməsini anlamağa imkan verəcəkdir. Ehtimallara görə gərginlik hədsiz çox olanda və “sıxılmış” sahələr böyük qüvvə ilə təzyiqdən azad olanda sunami əmələ gəlir.
Hələlik quyuların dərinliyi nisbətən azdır. 6 kilometr dərinliyə 2010-2012-ci illərdə çatmaq nəzərdə tutulur. Nankay çökəkliyinə sualtı kabel çəkilməsi planlaşdırılır. Bu, ölçmə cihazlarının göstəricilərini sahildəki laboratoriyalarda real zaman rejimində təhlil etməyə imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:50]
İran yenidən İsrailə hava zərbələri endirib
- 07.06.2026 [23:47]
İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb
- 07.06.2026 [23:38]
Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib
- 07.06.2026 [23:18]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [23:04]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:49]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [21:36]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:29]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:23]
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
- 07.06.2026 [21:16]
Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar
- 07.06.2026 [20:58]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 07.06.2026 [20:12]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [19:35]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
- 07.06.2026 [19:30]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:40]
Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı bölməsi" açılıb
- 07.06.2026 [18:34]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [18:05]
Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda
- 07.06.2026 [17:43]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb
- 07.06.2026 [17:28]
Qusarda gənc voleybolçuların seçimi aparılıb
- 07.06.2026 [16:32]
Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib
- 07.06.2026 [16:23]
Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir
- 07.06.2026 [16:05]
"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub
- 07.06.2026 [15:25]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [15:01]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:54]
Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb
- 07.06.2026 [13:38]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
- 07.06.2026 [13:16]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 07.06.2026 [13:10]
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək
- 07.06.2026 [12:29]
Kayseridə güclü yağış və dolu həyatı iflic edib
- 07.06.2026 [12:21]
Bu saata olan əsas xəbərlər
- 07.06.2026 [12:00]
Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
- 07.06.2026 [11:54]
Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib
- 07.06.2026 [11:44]
Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib
- 07.06.2026 [11:41]
Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək
- 07.06.2026 [11:29]
Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib
- 07.06.2026 [11:14]
Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb
- 07.06.2026 [10:57]
Ermənistanda parlament seçkiləri keçirilir
- 07.06.2026 [09:54]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [09:02]
İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
- 07.06.2026 [09:00]
Dünya birjalarında neft ucuzlaşıb
- 07.06.2026 [08:56]