Yaponiya Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayacaq
Bakı, 2 oktyabr, AZƏRTAC
Yaponiya hökuməti Rusiyaya qarşı sanksiya təzyiqi kursunu davam etdirməkdə və Ukraynanı dəstəkləməkdə qərarlıdır.
AZƏRTAC xəbər verir ki, bunu Yaponiyanın yeni xarici işlər naziri Takeşi İvaya deyib. O, oktyabrın 1-də Baş nazir vəzifəsində Siqeru İşiba tərəfindən əvəzlənən Fumio Kişida administrasiyasının mövqeyini təkrarlayıb: “Biz Ukraynaya dəstəyi və Rusiyaya qarşı sanksiyaları fəal şəkildə davam etdirəcəyik”.
Takeşi İvaya, həmçinin Avropa və Hind-Sakit okean regionunda təhlükəsizliyin bir-birinə bağlı olduğunu və istənilən yerdə güc yolu ilə status-kvonu dəyişdirmək cəhdinin qəbuledilməzliyini bildirib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Fumio Kişida hökuməti Moskvaya qarşı bir neçə sanksiya paketi qəbul edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]