Yaponiya və ABŞ liderləri arasında telefon danışığı olub
Tokio, 10 avqust, AZƏRTAC
Avqustun 10-da Yaponiyanın Baş naziri Yoşihide Suqa ilə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Tokio Yay Olimpiya Oyunlarının uğurlu təşkili münasibətilə Yaponiya hökumətinin başçısını təbrik edib.
Telefon danışığından sonra Y.Suqa jurnalistlərə deyib ki, ABŞ Prezidentinə Tokioda Yay Paralimpiya Oyunlarını da təhlükəsiz formatda keçirmək niyyətində olduğunu deyib və bunun üçün C.Baydeni əməkdaşlığa çağırıb.
Bununla yanaşı, danışıqlar zamanı tərəflərin azad və açıq Hind-Sakit okeanı regionu konsepsiyasının həyata keçirilməsi üçün sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəldikləri də qeyd edilir.
Xatırladaq ki, Tokio Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]