YAPONİYADA “HOVUZ QIZDIRMASI” TÜĞYAN EDİR
Milli Yoluxucu Xəstəliklər İnstitutunun mətbuatda dərc olunmuş məlumatına görə, yanvardan iyunun axırınadək adda-budda seçilmiş təxminən 3 min uşaq tibb müəssisəsindən 41500 xəstə haqqında göstəricilər alınmışdır. Bu, onillik ərzində xəstələrin sayının ən yüksək olduğu inişilkindən təqribən iki dəfə çoxdur. Lakin institutda hesab edirlər ki, xəstəliyin yayılmasının həqiqi miqyası on dəfə geniş ola bilər, xəstələrin sayı isə, çox güman ki, 400 min nəfərdən artıqdır. “Hovuz qızdırması” Yaponiyanın 47 prefekturasının hamısında aşkar olunmuşdur.
Bədəndə temperaturun təxminən 39 dərəcəyə qalxması, zəiflik, başağrıları, gözlərin və boğazın iltihabı rəsmən “farinqokonyuktiv qızdırma” adlandırılan bu xəstəliyin əlamətləridir. Adətən, xəstəlik 3 gündən 5 günədək davam edir, lakin bəzi hallarda tənəffüs orqanları ilə bağlı ağır fəsadlara gətirib çıxarır.
Virus çox vaxt hovuzlarda - ümumi dəsmallardan istifadə vasitəsilə, hətta qapıların yaş dəstəklərinə toxunduqda, körpələr evlərində, uşaq bağcalarında və məktəblərdə keçir. Həkimlər profilaktik tədbirlər kimi, əlləri tez-tez yumağı, ağzı yaxalamağı və fərdi dəsmallardan istifadə etməyi məsləhət görürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]