Yaponiyada neftin qiyməti ilk dəfə bir barel üçün 75 dollardan aşağı düşüb
Tokio, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Yaponiyada neftin qiyməti cari ilin martından bəri ilk dəfə bir barel üçün 75 dollardan aşağı düşüb.
AZƏRTAC xəbər verir ki, bunu Tokio Əmtəə Birjasında hərracların son nəticələri də təsdiq edir. Belə ki, həmin gün Dubay xam neftinin bir kilolitrinin (6,89 barel) qiyməti psixoloji hədd hesab edilən 65 min yendən (təqribən 469 dollar) və ya bir barel üçün 75 dollardan aşağı düşüb. Hərraclar başlayarkən bir kilolitr neftin qiymətinin 64720 yen (təqribən 467 dollar) olduğu qeyd edilir.
Bazar mənbələrinin bildirdiyinə görə, buna səbəb kimi Çində koronavirus məhdudiyyətlərinin sərtləşdirilməsi ilə əlaqədar iqtisadi narahatlığın artması göstərilir.
Mütəxəssislər Dubay xam neftinin bir barelinin qiymətinin perspektivdə 80-100 dollar civarında formalaşacağını bildirirlər.
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]