YAPONİYADA ŞPRİS ÜÇÜN DÜNYADA ƏN NAZİK İYNƏ HAZIRLANMIŞDIR
Yaponiyada şpris üçün dünyada ən nazik iynə hazırlanmışdır. Diametri 0,2 millimetr olan bu iynə, əslində, ağrı vermir. İynəni yaratmış “Termo” tibbi avadanlıq şirkətindən bildirmişlər ki, inyeksiya zamanı iynə bədəni o qərəcədə cüzi yaralayır ki, xəstə onu, ümumiyyətlə, hiss etməyə bilər.
İndiyədək ən nazik iynə hazırlamağa maye dərmanın sabit axınının təmin edilə bilməməsi mane olurdu. Lakin “Termo” iynənin daxili kanalının açılmasının prinsipcə yeni metodikasını tətbiq edərək, bu məsələni həll edə bilmişdir.
Şirkət gündə bir neçə dəfə insulin inyeksiyası etməyə məcbur olan diabetli xəstələri öz məhsulunun əsas istifadəçisi hesab edir. Təkcə Yaponiyada 7 milyonadək belə xəstə vardır. Dünyada insulin iynəsi vurmaq üçün belə avadanlığa tələbat ildə yarım milyard dollar həcmindədir və bu rəqəm sürətlə artır.
İTAR-TASS-ın verdiyi xəbərə görə, “Termo” yeni iynələri bir-iki ilə satışa buraxmağı vəd edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]