Azərbaycan Dövlət İnformasiya Agentliyi

YARDIMLI RAYONUNA MAVİ YANACAĞIN VERİLMƏSİNƏ HƏSR OLUNMUŞ MƏRASİMDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz yardımlılar,

Əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram və müqəddəs Ramazan bayramı münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm. Ramazan bayramı Azərbaycan xalqının qəlbində həmişə yaşamışdır. Ancaq Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu bayram ölkəmizdə dövlət bayramı kimi, geniş qeyd olunur. Bu həm də onu göstərir ki, Azərbaycanın müstəqilliyi xalqımızın ən böyük nemətidir. Məhz müstəqillik dövründə Azərbaycan sürətlə inkişaf etməyə başladı.

Ağsaqqal burada çıxış edərkən çox düzgün məqamlara toxundu. Əsrlər boyu Azərbaycan dövlət müstəqilliyindən məhrum idi və Azərbaycanın təbii sərvətləri daha çox tərkibində olduğu ölkənin xeyrinə istifadə edilirdi. Yalnız və yalnız dövlət müstəqilliyimizi bərpa etdikdən sonra bütün təbii sərvətlər Azərbaycan xalqına məxsus oldu. Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə bu təbii sərvətlərdən çox böyük səmərə ilə istifadə etdi. 15 il ərzində müstəqil yaşayan və möhkəmlənən bugünkü Azərbaycan bütün görülən işlərin bariz nəticəsidir.

Azərbaycan bu gün həm dünyada, həm də bölgədə öz mövqelərini möhkəmləndirir. Azərbaycanın beynəlxalq nüfuzu artır, aparılan siyasi, iqtisadi islahatlar ölkəmizin hərtərəfli inkişafı üçün gözəl şərait yaradır, insanların həyat səviyyəsi yaxşılaşır, maddi rifah artır, böyük quruculuq-abadlıq işləri gedir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, ulu öndər Heydər Əliyevin adını daşıyan neft kəməri istismara verilib və bu ən böyük tarixi nailiyyətdir. Müstəqil Azərbaycanın ən böyük nailiyyətidir. Çünki bu kəmərin fəaliyyəti və istismarı dövrü ərzində görülən və görüləcək işlər Azərbaycan xalqının uzunmüddətli rifah mənbəyi olacaqdır. Çünki bu kəmərdən əldə olunan gəlirlər Azərbaycan xalqının həyat səviyyəsini yaxşılaşdıracaqdır. Biz artıq bunu görürük. Heydər Əliyevin neft strategiyasının nəticəsi olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, digər layihələr bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edir və edəcəkdir. Biz müstəqil siyasət aparırıq, müstəqil ölkəyik. Biz azad insanlarıq, Azərbaycanın gələcəyi, Azərbaycan xalqının müqəddəratı bizim əlimizdədir. Biz bunu sübut etdik və 15 il müstəqil ölkə kimi yaşamağımız bir daha sübut edir. Mən şübhə etmirəm ki, bundan sonrakı illərdə Azərbaycan yalnız və yalnız inkişaf dövrünü yaşayacaqdır. Bütün çətin illər, çətinliklər, problemlər, qarşıdurmalar keçmişdə qaldı. Baxmayaraq ki, müstəqilliyin ilk illəri çox ağır keçirdi və bəzi hallarda ölkəmizin müstəqil yaşaması şübhə altında idi. Amma ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində bütün o çətin günlər keçmişdə qaldı.

Bundan sonra mən Azərbaycanın qarşısında heç bir problem, heç bir maneə görmürəm. Qarşıda yalnız və yalnız inkişaf, maddi rifahın yaxşılaşmasını, ölkənin hərtərəfli inkişaf etdirilməsini, insanların həyat səviyyəsinin yaxşılaşmasını görürəm. Bu istiqamətdə hər bir vətəndaş öz payını verməlidir və bu həmrəylik indi Azərbaycanda var. Bizi birləşdirən milli ideyalar, azərbaycançılıq ideyası, bizi birləşdirən amallar var: ölkəmizin hərtərəfli inkişafı, iqtisadi gücün yaranması və möhkəmlənməsi, sosial ədalətin bərqərar olması, demokratiyanın inkişafı, bütün azadlıqların qorunub saxlanılması və nəticədə güclü dövlətin yaradılması. Biz bunu yaradırıq və əgər keçid dövrünü yaşayan, yaxud da ki, bizimlə bərabər vəziyyətdə olan ölkələrlə özümüzü müqayisə etsək görərik ki, Azərbaycan müstəqil siyasət aparmaq gücündə olan ölkədir. Bizi bu fərqləndirir. Heç kimdən asılı deyilik, yalnız və yalnız öz resurslarımıza arxalanırıq. Heydər Əliyevin yolu məhz bundan ibarət olmuşdur. Çünki Azərbaycanın üzləşdiyi problemləri biz təkbaşına həll edirik. Heç kim bizə kömək etmirdi, heç kim bizim yanımızda durmadı. Özümüz çətin günlərdən, çətin vəziyyətdən çıxdıq və bu gün ölkəmizi hərtərəfli inkişaf etdiririk.

Ağsaqqalın sözləri məni də çox duyğulandırdı. Çünki bu ürəkdən, qəlbdən gələn sözlərdir. Bir də ki, həqiqətdir. Həqiqəti isə hər zaman demək, bildirmək lazımdır. Həqiqət də ondan ibarətdir ki, bugünkü Azərbaycan ən dinamik, ən sürətlə inkişaf edən ölkədir. Bugünkü Azərbaycanın hərtəfərli inkişafını 1993-cü ildə məhz Heydər Əliyevin prezident vəzifəsinə seçilməsi ilə əlaqədardır. Məhz o illərdən başalayaraq bütün xoşagəlməz meyillər tədricən, yavaş-yavaş aradan qaldırıldı və inkişafa qədəm qoyuldu. Bü gun bütün bizim əsas layihələrimiz öz həllini tapmışdır. Bakı-Tbilisi-Ceyhan kəməri tarixi nailiyyətdir. Baxmayaraq ki, böyük çətinliklərlə üzləşmişdik, böyük təxribatlar da, hədələr də olmuşdu, sui-qəsdlər də təşkil edilmişdi. Digər təxribatlar da olmuşdu. Amma buna baxmayaraq, biz onu tikməyi bacardıq və bu kəmərin işə düşməsi, uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın hərtərəfli inkişafı mümkün olacaqdır. Digər layihələr də öz həllini tapır.

İndi qarşımızda yeni vəzifələr durur. Yeni vəzifələr də ondan ibarətdir ki, bu gözəl şəraitdən, iqtisadi inkişafdan, mövcud sabitlikdən istifadə edib ölkəmizi hərtərəfli inkişaf etdirək. Bu yolda bizim proqramlarımız var. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının məqsədi də məhz bundadır ki, hər bir bölgə inkişaf etsin. Hər bir bölgənin problemləri var. Ölkənin ümumi problemləri var, eyni zamanda, hər bir rayonun özünəməxsus problemləri var. Biz həm ümumi problemləri, həm də hər bir bölgənin problemlərini həll edirik. Mən bir neçə dəfə demişəm, bir də demək istəyirəm ki, əgər hər bir rayonun problemi öz həllini taparsa, deməli, ölkədə heç bir problem qalmaz.

Yardımlı rayonunun da böyük problemləri var idi. Yardımlı ucqar rayondur və uzun illər ərzində burada olan vəziyyət, əlbəttə ki, bizi qane edə bilməzdi. Ancaq rayonun problemləri ilə maraqlananda, görəndə ki, bu problemləri biz qısa müddət ərzində həll edə bilərik, proqram da qəbul edildi, yeni rəhbərlik təyin olundu və sürətlə inkişaf başladı. Deyə bilərəm ki, son iki il ərzində Yardımlıda görülən işlər, demək olar ki, rayonun hər bir sahəsinə öz təsirini göstərir. Bir il-il yarım ərzində 31 məktəb tikilibdir. Əvvəllər, bəlkə də, 100 il ərzində 31 məktəb tikilirdi. Rayonda infrastruktur yarandı, yeni müəssisələr, xalça sexi işə düşdü. Mənim yadımdadır, keçən il burada olarkən müəssisələrlə tanış oldum. Ticarət mərkəzi tikildi, stadion bərpa olundu, yollar, elektrik xətləri çəkildi.

Bu gün isə biz iki böyük hadisəni qeyd edirik. Yardımlıya yeni yolun çəkilməsi və istismara verilməsi, bir də qaz xəttinin çəkilməsi. İki hadisənin rayonun inkişafı üşün çox böyük əhəmiyyəti var. Bu iki hadisə, xüsusilə yolun çəkilməsi, ümumiyyətlə, inkişafa böyük təkan verən amildir. Harada ki, müasir yol var, o bölgədə mütləq və mütləq inkişaf olacaqdır. Əgər yol yoxdursa, o bölgə inkişaf edə bilməz. Orada istənilən təbii sərvətlər, istənilən infrastruktur, gözəl binalar, mehmanxanalar olsa da, əgər yol yoxdursa və ya bərbad vəziyyətdədirsə, heç kim gəlməyəcəkdir. Yol birinci şərtdir və biz onu çəkdik.

İkinci şərt qaz xəttinin çəkilməsi. Yardımlı nadir rayonlardan idi ki, sovet dövründə də burada qazlaşdırma aparılmamışdı. Bilirsiniz ki, sovet dövründə Azərbaycan ərazisinin böyük əksəriyyəti qazlaşdırılmışdır. Düzdür, ondan sonra, 1990-cı illərin əvvəllərindəki xoşagəlməz hadisələr nəticəsində qazın hasılatı kəskin şəkildə aşağı düşmüşdü və rayonların, demək olar ki, əksəriyyətinə qaz verilmirdi. 2000-ci ildən başlayaraq, biz qazın verilməsini bərpa etdik və ilk növbədə, qaz xətləri olan yerlərə verdik. Amma Yardımlıda qaz xətti yox idi. Keçən il qərar qəbul edildi ki, Yardımlıya qaz çəkilməlidir. Bu çətin şəraitdə hündür dağlardan keçməklə qaz xətti artıq çəkilibdir. Biz məşəli yandırdıq və növbəti aylarda rayon mərkəzinə tamamilə qaz veriləcəkdir. Yəni bu onu göstərir ki, əgər adamın buna marağı varsa, iradə varsa hər bir məsələni həll etmək olar. Əlbəttə ki, bütün bu işlərin təməlində müxtəlif amillər dayanır, ancaq ən önəmlisi vətənə, xalqa olan məhəbbətdir. Budur ən önəmli amil, budur Azərbaycanı gələcəyə aparan əsas şərt. Bu isə indi həm iqtidarda var, həm də xalqda var. Hamımız istəyirik ki, bizim güclü dövlətimiz olsun. Biz hər gün müxtəlif yollarla, xarici siyasətlə, daxili siyasətlə, iqtisadi islahatlarla, insanların həyat səviyyəsini yaxşılaşdırmaqla yollar, qaz xətləri çəkməklə, bütün başqa işlərlə bunu gücləndiririk. Haraya baxsaq görərik ki, hər bir sahədə proqram var, inkişaf var.

Məktəb lazımdır, məktəb əsas məsələdir. Məktəb olmasa, heç bir inkişaf ola bilməz. Məktəblə müqayisədə bəlkə yol da ikinci dərəcəli məsələdir. Yardımlıda 31 məktəb tikilibdir. Onlar indi kompyuterlə təchiz edilməli, bütün məktəblərdə internet xətti olmalıdır. Uşaqlar lap balaca yaşlarından dünyadakı ən müasir yenilikləri bilməlidirlər. Onların müasir dünyagörüşü olmalıdır. Həm bizim milli ənənələrə, azərbaycançılıq ideologiyasına sadiq olmalıdırlar, eyni zamanda, dünyada gedən prosesləri bilməlidirlər. Öz biliklərini artırmalı, təhsil almalı, işləməlidirlər. Ona görə də bunlar lazımdır. O cümlədən xəstəxanalar, digər sosial infrastruktur.

Mən çox istəyirəm ki, nəzərdə tutduğumuz bütün proqramlar tezliklə həyata keçsin. Həmişə bütün icra nümayəndələrini tələsdirirəm ki, tez edin. Buraya yolun çəkilişi də cəmi 3-4 ay vaxt apardı. Bu yol böyük layihədir, 50 kilometrdən çox uzunluğu var. Özü də dağlıq, mürəkkəb relyefi olan yerdə və bu yolu çəkmək asan məsələ deyildir. Buna həm böyük maliyyə vəsaiti xərclənib, həm də böyük zəhmət çəkilibdir. Amma biz istəyirdik tez olsun ki, insanlar daha əziyyət çəkməsinlər. Hər dəfə o yolu gedib-gəlmək asan məsələ deyildir. İndi Bakıda yaxşı yol ilə gedən bunu başa düşməz. Gərək insan bir-iki dəfə bu yolu gedib-gəlsin ki, başa düşsün, insanlar nə əziyyət çəkir. Bir halda ki, imkan var bunu düzəldək, nə üçün əziyyət çəkməlidirlər?

Hər bir insanın problemi Prezidentin problemi olmalıdır. Ancaq o təqdirdə Azərbaycan sürətlə inkişaf edəcəkdir. Yaşadığı yerdən asılı olmayaraq, lap ucqar kəndində də gərək hər bir insanın həyatını təmin edən əsas amillər olsun - suyu, işığı, qazı olmalıdır, yaxşı yolu olmalıdır, uşağı yaxşı məktəbə getməlidir. Əgər xəstələnirsə, gərək yaxşı tibbi xidmətlə təmin olunsun. Bunlar insanın yaşayışını müəyyən edən məsələlərdir.

Biz bu işləri görürük. Biz iqtisadi inkişafa nail olmuşuq və indi Azərbaycan iqtisadi inkişaf baxımından dünyada birinci ölkədir. İqtisadiyyatın artım sürətinə görə biz bir nömrəli ölkəyik. Biz bölgədə öz mövqelərimizi möhkəmləndirmişik və qonşularımızla çox gözəl, səmərəli, qarşılıqlı hörmətə əsaslanmış münasibətlərimiz var. Bu da Azərbaycanın inkişafı üçün çox vacib amildir. Ölkə daxilində vətəndaş həmrəyliyinə nail ola, sabitliyi qoruyub saxlaya bilmişik. Baxmayaraq ki, bu sabitliyi pozmaq istəyən qüvvələr var idi. Onların cəhdləri məhz ona yönəlmişdi ki, Azərbaycanda sabitlik pozulsun, hərc-mərclik, xaos, anarxiya yaransın. Başqa ölkələrdə bu xaosun, anarxiyanın nəyə gətirib çıxardığını görürük. O ölkələr geriyə gedir, çox xoşagəlməz proseslər başlayır. Azərbaycanda bunların heç bir yoxdur. Biz sabitliyi qoruyuruq, saxlayırıq.

Biz deyəndə, mən Azərbaycan xalqını nəzərdə tuturam. Çünki bütün məsələləri Azərbaycan xalqının iradəsi müəyyən edir. İlk növbədə də sosial məslələrin həlli. Sosial məsələlərin həlli birbaşa maddi dəyər yaratmır, əlavə mənfəət gətirmir. Bax, bu çəkdiyimiz yol birbaşa heç bir gəlir gətirməyəcəkdir. Yaxud, çəkilən qaz xətti də heç bir mənfəət gətirməyəcəkdir. Abonentlərdən yığılan qaz haqqı çəkilmiş xərcləri, bəlkə də, 100 ildən sonra qaytara bilər. Məqsəd bunda deyil, məqsəd ondadır ki, iqtisadi imkanları, təbii sərvətləri insan kapitalına çevirək. Yaxşı işləyək, işlərimizi elə görək ki, inkişaf olsun. İnkişafdan əldə olunan gəlirləri insanların yaxşı yaşamasına yönəldək. Büdcə xərclərimiz 4 dəfə artır. Üç-dörd il bundan əvvəl 1 milyard 500 milyon dollar idi, indi olacaq 6 milyard 300 milyon dollar. Bu nə deməkdir? O deməkdir ki, 2007-ci ildə ölkə qarşısında duran əsas problemlər öz həllini tapacaqdır: yolların, elektrik, qaz, su xətlərinin çəkilməsi, məktəb, xəstəxana tikintisi, aeroportların inşası. İnsanları narahat edən bütün məsələlər öz həllini tapmalıdır və ilk növbədə, yerlərdə icra orqanları da çox səmərəli işləməlidir. Biz düzgün qərarlar, proqramlar qəbul edə, vəsait ayıra bilərik. Ancaq yerlərdə iş yaxşı qurulmursa, onda bunun heç bir səmərəsi olmayacaqdır. Mənim bölgələrə səfərlərimin məqsədlərindən biri də odur ki, gedib özüm görüm, vəziyyətlə tanış olum ki, işlər necə gedir, insanların əhval-ruhiyyəsi necədir, yerli icra orqanlarına münasibət necədir. Mən bunu görürəm, bəzi hallarda bunu heç demək də lazım deyildir. Mən insanların baxışlarından, üzlərdəki təbəssümdən bunu görürəm. Yaxud da ki, bəzi hallarda insanların narazılığından bunu görürəm və dərhal ölçülər götürülür, tədbirlər görülür. Belə olmalıdır. Biz elə etməliyik ki, bir dənə də problem qalmasın. Düzdür, elə ölkə yoxdur ki, orada problem olmasın. Ən zəngin, ən inkişaf etmiş ölkələrdə də kifayət qədər problemlər var. Amma biz çalışmalıyıq ki, ölkəmizdə bunları aradan qaldıraq. Çalışmalıyıq ki, insanların həyatını yüngülləşdirək, yaxşılaşdıraq ki, bütün xalqımız firavan yaşasın. Xalqımızın üzü gülsün, ürəyi sevinsin. Bunu etmək üçün iş görmək lazımdır. Xalqın dəstəyi ilə biz bu işi görürük və bundan sonra da görəcəyik. Mən bir il bundan əvvəl məhz burada çıxış edərkən öz ürək sözlərimi demişdim və söz vermişdim ki, işlər görüləcəkdir. Keçən il Yardımlıya gəlişim buraya ilk səfərim idi. Amma demişdim ki, ondan sonra da gələcəyəm. Bəlkə də bəziləri fikirləşdi ki, sözdür, İlham Əliyev deyir. Amma gəlmişəm. Gəlmişəm ki, ilk növbədə, istəyirəm, bu bayram günündə sizinlə birlikdə olum. Gəlmişəm ki, bu gözəl gündə qazın verilməsini bərabər qeyd edək. Gəlmişəm ki, xalqımla birlikdə olum.

Mən öz vəzifə borcumu bunda görürəm və sizi bir daha əmin etmək istəyirəm ki, gələcəkdə fəaliyyətimdə də mən bu yola sadiq olacağam. Əlimdən gələni edəcəyəm ki, doğma xalqımız daha da yaxşı yaşasın, doğma vətənimiz güclənsin, zənginləşsin və qarşıda duran bütün vəzifələri yerinə yetirsin.

Əziz dostlar, sizi bu gözəl bayram münasibəti ilə bir daha təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Sağ olun.

Dövlətimizin başçısının nitqi diqqətlə dinlənildi və hərarətli alqışlarla qarşılandı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalı inklüziv cəmiyyətin inkişafına töhfə verəcək

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Cengiz Akarçeşme: Azərbaycanda voleybol məşqçiləri üçün beynəlxalq seminar yüksək səviyyədə təşkil olunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb

Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir

AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb

Estoniyalı mütəxəssis: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var

İctimai Birlik rəhbəri: Eşitmə məhdudiyyətli insanlar üçün dövlət qurumları ilə birgə layihələr həyata keçirilir

AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir

Qarabağda arxeoloji tədqiqatların miqyası genişlənir: Şuşa və Xankəndidə kəşfiyyat işləri aparılır

ƏƏSMN ilə Dünya Bankının icra etdiyi birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb

Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub

Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək

Akademik İsa Həbibbəyli: Arxeologiyada müxtəlif elm sahələrinin əməkdaşlığı önəmlidir

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq

Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik

Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

Azərbaycanın enerji və tranzit strategiyası Avrasiyanın iqtisadi inteqrasiyasını sürətləndirir - ŞƏRH

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib

“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik

“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir

İsmayıllıda kənd təsərrüfatının inkişafı üçün yeni hədəflər müəyyənləşdirilir

AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir

® “ABB Home” platformasına “Mygov ID” ilə daha sürətli giriş imkanı!

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

Bu gün artıq Zəngəzur dəhlizi regional layihə statusunu çoxdan geridə qoyub - ŞƏRH

Keşlə qəsəbəsində obyektdə baş verən yanğın söndürülüb

Bakı Texniki Kollecinə müəllim tələb olunur

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük

Coğrafiyaşünas-alim: Yaz yağıntıları dağlıq ərazilərdə sürüşmə riskini artırıb

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb

Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb

Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

“Milli kimliyin formalaşmasında mənəvi dəyərlərin rolu” mövzusunda görüş

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

İran xaricdə dondurulmuş aktivlərinin 50 faizinin dərhal qaytarılmasını tələb edir

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan

Qanunvericiliyə dəyişikliklər məcburi köçkünlük dönəminin hüquqi baxımdan yekunlaşmasıdır - RƏY

Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir ŞƏRH

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalında klassik musiqi günü

Media: Tayvan gəmi əleyhinə raket arsenalını 1,8 minə çatdırmağı planlaşdırır

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan

Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 5 milyard dolları ötüb

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

OECD: 2030-cu ilədək qlobal polad tələbatının hər il 0,9 faiz artacağı gözlənilir

Fransa və İrlandiya müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Sabah” Azərbaycan millisinin futbolçusu ilə müqaviləni yeniləyib

İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq

Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub

Polşa Avropa İttifaqına üzvlük yolunda Ukrayna üçün yeni maneəyə çevrilə bilər

Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildiriş təşkilatın Baş direktoruna təqdim olunub

Qanunsuz quş kəsimi sexində reyd aparılıb

Şəhid Səma Kərimovanın xatirəsi anılıb

Aleksandr Novak: Rusiyanın neft hasilatı azalıb

Azərbaycan Premyer Liqasını tərk edən komandada ayrılıq

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Maqnit qasırğalarının sağlamlığa təsiri: kimlər özünü qorumalıdır?

MEK tanınmış alim Şahbaz Muradovun biblioqrafik göstəricisini hazırlayıb

“Qəbələ” klubu yetirməsi ilə yollarını ayırıb

Donor qanı hansı yoxlamalardan keçirilir?

Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib

Paytaxt məktəbliləri zona birinciliyində qalib olublar

Böyük Britaniya hökuməti müdafiə sahəsinə investisiyaları ixtisar edə bilər

® “Azerconnect Group” süni intellektəsaslı şəbəkə alyansına üzv olub

Alis Vaydel: Ukraynanın Aİ-yə üzvlüyü Almaniyanın maraqlarına uyğun deyil

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib VİDEO

“Bayer” yeni baş məşqçisi ilə müqavilə imzalayıb

Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

Su ehtiyatlarının idarə olunmasında rəqəmsal nəzarət imkanları genişləndirilir

NİİM: Heydər Əliyev prospektində qəza baş verib, hər iki istiqamətdə sıxlıq yaranıb

Cevdet Yılmaz: Orta Dəhliz dünya ticarəti üçün təhlükəsiz və zəruri marşruta çevrilib

Qarabağ və Şərqi Zəngəzur dünyanın ən dayanıqlı inkişaf zonalarından birinə çevrilir ŞƏRH

“Bakı Enerji Həftəsi” – Azərbaycanın enerji diplomatiyasının parlaq nümayişi ŞƏRH

DÇ-2026: Qlobal səhiyyə qurumları yoluxucu xəstəliklərə qarşı təhlükəsizlik tədbirlərini gücləndirib

Azərbaycanlı qadın sahibkarlar Almaniyada təcrübə mübadiləsi səfərində iştirak ediblər

Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir

Türk ekspert: Xəzər hövzəsi beynəlxalq kapital üçün birinci dərəcəli investisiya sahəsinə çevrilib