YARDIMLIDA MİLLİ DİRÇƏLİŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki büstünün önünə gül dəstələri düzmüş, böyük öndərin xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların və ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Dayirmi masada rayon icra hakimiyyəti başçısının müavini Afət Quliyevanın Milli Dirçəliş günü ilə əlaqədar məruzəsi dinlənilmişdir.
Yığıncaqda çıxış edənlər 18 il əvvəl Bakının Azadlıq meydanında keçirilən mitinqləri xalqımızın milli-azadlıq hərakatında mühüm mərhələ kimi qiymətləndirmiş, milli dirçəlişlə başlanan istiqlalımızın ümummilli liderimiz Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində dönməz və əbədi xarakter aldığını, böyük öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]