Azərbaycan Dövlət İnformasiya Agentliyi

YARDIMLIYA TƏBİİ QAZ VERİLMƏSİ RAYONUN HƏYATINDA TARİXİ HADİSƏDİR

YARDIMLIYA TƏBİİ QAZ VERİLMƏSİ RAYONUN HƏYATINDA TARİXİ HADİSƏDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Yardımlı rayonuna gəldi.

Yardımlı qəsəbəsinin mərkəzindəki Heydər Parkına toplaşan minlərlə sakin dövlətimizin başçısını hörmət və ehtiramla, hərarətli alqışlarla qarşıladı. Onların əllərində Prezidenti salamlayan şüarlar, ulu öndər Heydər Əliyevin və respublikamızın rəhbərinin portretləri və Azərbaycanın dövlət bayraqları var idi.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu, sonra Yardımlı rayonuna ilk dəfə olaraq təbii qazın verilməsini bildirən məşəli alovlandırdı.

Bu münasibətlə keçirilən mərasimi açan Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı XƏZƏR ASLANOV Masallı-Yardımlı avtomobil yolunun əsaslı şəkildə bərpasını və yenidən qurulmasını və qaz kəmərinin çəkilişini rayonun həyatında tarixi hadisələr kimi dəyərləndirdi. O, ötən ilin may ayından bəri rayonda 31 məktəbin tikildiyini və 7 məktəbin əsaslı təmir edildiyini bildirərək vurğuladı ki, həmin məktəblərdən 9-u Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmişdir. Uzun illər təhsil müəssisələri yarıtmaz vəziyyətdə olan Yardımlıya bu cür yüksək qayğıya görə dövlətimizin başçısına, habelə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya rayon əhalisi adından dərin minnətdarlıq bildirildi.

İcra hakimiyyətinin başçısı qəsəbəyə ikinci içməli su xəttinin çəkildiyini söylədi və görülən digər işlərdən danışaraq dedi:

- Möhtərəm Prezident, rayonun iki kəndində yeni xəstəxana binası və həkim ambulatoriyası istifadəyə verilmişdir. Sizin göstərişinizlə rayon mərkəzi xəstəxanasının təmirinə başlanmışdır. Kənd təsərrüfatının inkişafı məqsədi ilə “Aqroservis” müəssisəsi yaradılmış və texnika alınıb gətirilmişdir. Hazırda həmin texnikadan rayon sakinləri istifadə edirlər.

Cənab Prezident, az müddət ərzində rayon üçün ən vacib problem olan yolun və qaz xəttinin istifadəyə verilməsini, bu tarixi anlarda Sizin şəxsən burada iştirak etməyinizi, sevincimizə şərik olmağınızı, bu ucqar rayona və onun əhalisinə böyük diqqət və qayğınızın təzahürü kimi qəbul edirik. Yardımlı əhalisi Sizi sevir, dəstəkləyir. Problemlərinin ardıcıl surətdə həll olunmasına görə Sizə ürəkdən minnətdarlığını bildirir.

“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri ƏLİXAN MƏLİKOV ulu öndər Heydər Əliyevin tapşırığına əsasən 2000-ci ildən başlayaraq respublikamızın bölgələrinə təbii qazın verilməsi məqsədi ilə ardıcıl tədbirlərin həyata keçirildiyini, 2001-ci ildə Gəncənin qaz təchizatının bərpa olunduğunu, daha sonra qısa müddətdə 32 rayona mavi yanacağın verilməsinə başlandığını, 13 illik fasilədən sonra isə Naxçıvan Muxtar Respublikasına, habelə İmişli rayonuna da qaz verildiyini xatırlatdı. O, hətta sovet dövründə belə mavi yanacaqla təchiz edilməyən Lerik və Yardımlıya təbii qaz kəmərinin çəkilməsini isə əsil tarixi hadisə kimi səciyyələndirərək dedi:

- Astara-Qazıməmməd magistral qaz kəmərinin 65-ci kilometrindən, Masallı rayonunun Tüklə kəndi yaxınlığından başlayaraq Ordaxal kəndinə qədər təzyiqi 15 atmosfer olan 28 kilometr uzunluğunda 325 millimetrlik, Ordaxal kəndindən Yardımlı qəsəbəsinə qədər 28 kilometr uzunluğunda 219 millimetrlik magistral qaz kəməri çəkilib istismara verilmişdir. Yardımlı rayon mərkəzində bir qazpaylayıcı stansiya inşa edilmiş və 30 kilometrədək müxtəlif diametrli qaz xətləri çəkilmiş, 11 ədəd qaztənzimləyici quraşdırılmışdır. Rayon mərkəzində qaz təminatı və ölçü qovşağına nəzarət məqsədi ilə normal iş şəraiti və kommunikasiyalarla təmin olunmuş operator binasının və qaz istismarı idarəsi üçün inzibati binanın tikilib istifadəyə verilməsi başa çatdırılmışdır.

Magistral boruların çəkilməsi dəniz səviyyəsindən 1200-1500 metr hündürlükdə 36 yol və 6 çay keçidindən, 12 kilometr uzunluğunda sıldırım qayalardan və 10 kilometr sıx meşəlikdən keçməklə inşa olunmuşdur. Layihənin icrası ilə bağlı 11 milyon 500 min manatlıq, o cümlədən büdcə vəsaiti hesabına 9 milyon 180 min manatlıq iş görülmüşdür. Kəmərin çəkilməsində həm yerli əhali, həm də digər mütəxəssislər iştirak etmişlər. Yardımlı qaz istismarı sahəsi üzrə 22 nəfər daimi işlə təmin olunmuşdur.

Möhtərəm cənab Prezident!

Sizin tapşırığınızla Lerik və Yardımlı rayon mərkəzlərində təbii qaz veriləcək bütün abonentlər “Azəriqaz” Səhmdar Cəmiyyətinin vəsaiti hesabına qaz pilətəsi və sayğacla təmin olunacaqlar. Hazırda Yardımlı qəsəbəsində evlərdə mətbəx sobaları və sayğaclar quraşdırılır. İlin sonuna kimi bu işlər başa çatdırılacaqdır. Satılan qazın uçotu müasir tələblərə cavab verən və xüsusi proqram təminatı vasitəsilə işləyən abonent-kompyuter sistemi ilə aparılacaq, hər bir abonentlə fərdi qaydada müqavilə bağlanacaqdır.

Möhtərəm cənab Prezident, bu işlərin davamı olaraq Sizin tapşırığınızla Ağcabədi və Beyləqan rayonlarının qaz təminatının bərpası üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanmışdır. 2007-ci ildə bu rayonların qazlaşdırılması davam etdiriləcəkdir.

Möhtərəm cənab Prezident, “Azəriqaz” Səhmdar Cəmiyyətinin kollektivi adından Sizi əmin edirəm ki, respublikada əhalinin və iqtisadiyyatın təbii qazla fasiləsiz və təhlükəsiz təmin olunması üçün bütün imkanlardan istifadə ediləcək, qarşımızda qoyulan bütün tapşırıqlar vaxtında və layiqincə yerinə yetiriləcəkdir.

Ağsaqqallar adından çıxış edən respublikanın əməkdar həkimi ZEYNİ ADİYEV dövlətimizin başçısına rayon əhalisinin ən xoş arzularını yetirərək dedi:

-Çox hörmətli möhtərəm Prezidentimiz cənab İlham Əliyev!

İcazə verin, rayonumuzun bütün ağsaqqalları, əmək veteranları, ümumiyyətlə, bütün yardımlılıların adından Sizi səmimi qəlbdən salamlayım və dağlar qoynunda yerləşən Yardımlıya “Xoş gəlmisiniz!” deyim.

Bugünkü gün yardımlılıların həyatında, çox əlamətdar günlərdən biridir. Sevimli Prezidentimiz bizə verdiyi vədə sadiq qalaraq, vaxtının olmamasına, işinin çoxluğuna baxmayaraq, dediyi kimi, ikinci dəfə Yardımlıya səfər edir, burada insanlarla görüşür, onların həyat tərzi ilə təzədən tanış olur.

Möhtərəm Prezident, xoşbəxtlikdən budəfəki səfəriniz Ramazan bayramına təsadüf etmişdir. Mən buna çox sevinmişəm, çünki Ramazan bayramında həmişə dostlar yığışır, birlikdə bayram edirlər. Əgər bizim bu bayramımıza Prezident özü gəlib çıxıbsa, bu, bir olan Allahın bizə verdiyi böyük xoşbəxtlikdir. Deməli, Siz bizim təkcə Prezidentimiz deyilsiniz, həm də yardımlılıların sədaqətli dostusunuz. Möhtərəm Prezident, düzünü deyim ki, belə bir dosta biz yardımlılıların çox böyük ehtiyacı var.

Bilmirəm, Yardımlıya bu adı nə vaxt qoyublar, mənə məlum deyil, amma Yardımlının həmişə dövlət yardımına, dost yardımına ehtiyacı olubdur. Mənim xeyli yaşım var, özüm canlı şahidəm ki, Yardımlı camaatı dövlət tərəfindən heç bir yardım görməyibdir. Əksinə, bir çox hallarda dövlətə yardım edibdir. Süfrəsində, tabağında nə var, hökumətə verib, özü ac qalıbdır. Amma bunun müqabilində o cür qüdrətli sovet dövləti uzun illər Yardımlıda, heç olmasa, bir məktəb binası tikmirdi.

Yalnız ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra, - düzdür, elə bir vaxtda hakimiyyətə gəldi ki, onun Yardımlıya gəlməyə imkanı yox idi, amma Yardımlıya onun əməlləri gəlib çıxdı, - alimlər, mütəxəssislər Yardımlıya gəldilər, axtardılar, fikirləşdilər ki, bu rayonun iqtisadiyyatını qaldırmaq üçün nə etmək lazımdır. Möhtərəm Prezident, burada nə qədər binalar tikildi, üzüm bağları salındı, tütün plantasiyaları yaradıldı. Qızlarımız-gəlinlərimiz işləyib pul qazanmağa başladılar. Bunlar hamısı Sizin atanızın unudulmaz xidmətləridir.

Bax, yanında dayandığımız bu möhtəşəm xəstəxana binası Sizin atanızın yadigarıdır. Mən o zaman baş həkim işləyirdim. Bilirdim, görürdüm ki, burada tikinti işi aparmaq nə qədər çətindir. Əgər Heydər Əliyev olmasaydı, heç bir podratçı təşkilat bu işin altına girməzdi. Yalnız Heydər Əliyevin ciddi səyi, tələbkarlığı nəticəsində bu bina tez bir zamanda istifadəyə verildi.

Diqqətinizə çatdırım ki, bina 1983-cü ilin dekabr ayında istifadəyə verilmişdir. O zaman cənab Heydər Əliyev Moskvada idi və Həsən Həsənov bizi - baş həkimləri, raykomun katiblərini, icraiyyə komitələrinin sədrini, tikinti təşkilatlarının rəhbərlərini təcili Bakıya çağırdı. Bizə dedi ki, Heydər Əliyev Moskvadan gündə zəng edir, xəstəxanaların vəziyyətini soruşur. Tapşırığı bu oldu ki, nəyin bahasına olur-olsun, təcili surətdə bu tikintiləri başa çatdıraq. Nə qədər çətin bir işdir.

Amma indi görün, möhtərəm Prezident, Sizin rəhbərliyiniz dövründə, bu qısa bir müddətdə Yardımlıda nə qədər işlər görülübdür. Bu, yaşlı adam olan mənə röya, yuxu kimi görünür. Amma Allah bəzən yuxuları çin edir.

Bütün bunlar bir tərəfə, nə olar, hökumətdir, Prezident sərəncam verib, yol da, qaz xətti də çəkilibdir. Biz buna görə hamımız Sizə minnətdarıq. Amma Sizin gəlib bizi yoluxmağınız bizi çox məmnun edir. Bu, nədən irəli gəlir? Ondan irəli gəlir ki, Siz Azərbaycanın torpağını sevirsiniz, onun hər bölgəsini sevirsiniz. Siz Azərbaycan xalqını sevirsiniz. Onun hər bir vətəndaşını sevirsiniz. Andiçmə mərasimində “Qurani-Kərim”ə əlinizi basıb, “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deməyiniz, bu gün buraya gəlməyiniz - bunun canlı sübutudur, biz bunun canlı şahidləriyik. Möhtərəm Prezident, bu müsbət keyfiyyətlər Sizdə təsadüfi deyil, Sizin soykökünüzdən gəlir, rəhmətlik atanızdan, rəhmətlik babanızdan gəlir.

Möhtərəm Prezident, mən böyük insan, gözəl həkim Əziz Əliyevin tələbəsi olmuşam. Siz elə bir kişinin nəvəsisiniz. 48 ildir Yardımlıda həkim işləyirəm. Onun 30 ilini burada səhiyyə təşkilatına başçılıq etmişəm. Çalışmışam təxminən bu yarım əsrdə elə işləyim ki, rəhmətlik babanızın ruhu, müəllimimin ruhu məndən inciməsin. Buna nə qədər nail olmuşam, bilmirəm, amma hiss edirəm ki, camaat üzümə gülür.

Atanız dünyada məşhur dövlət xadimi, dünya siyasətinin korifeylərindən idi. Kiçik Azərbaycanda yaşayıb böyük dünya siyasətinə güclü təsir göstərə bilən belə bir şəxsiyyətin övladı bəs necə olmalıdır? Biz xoşbəxtik ki, belə bir övlad bizə, bizim Azərbaycan xalqına rəhbərlik edir. Bizim tarixçilərimiz, xalqımız nahaq yerə demirlər ki, Heydər Əliyev Azərbaycanın xilaskarıdır. Bəli, bu belədir. Möhtərəm Prezident, çox gözəldir ki, Sizə böyük inam var. Biz Sizə Heydər Əliyevin özü qədər inanırıq. Çünki verdiyiniz vədləri dəqiqliklə yerinə yetirirsiniz. Siz Heydər Əliyev tərəfindən müəyyən edilmiş o zəfər yolu ilə inamla, ilhamla irəli gedirsiniz. Azərbaycan xalqını inkişafın zirvələrinə doğru aparırsınız.

Bu yol Heydər Əliyev yoludur. Bu yol qədim İpək Yolundan keçir, Bakı-Ceyhan neft kəmərindən keçir. Bu yol Günəşin arxasınca gedir və bu yolu Günəş işıqlandırır. Bu yol Azərbaycan xalqının inkişaf etmiş Avropa ölkələrinin iqtisadiyyatına inteqrasiyası yoludur. Möhtərəm Prezidentimiz, bu yolu axıracan davam etdirmək məsuliyyəti Sizin üzərinizə düşmüşdür. Yüz faiz arxayınam ki, Siz onu ləyaqətlə yerinə yetirəcəksiniz. Təsəvvür edin, üç ayda Masallıdan buraya 53 kilometrlik yol çəkildi!

Möhtərəm Prezident, məlumat üçün xatırladım ki, son bir-iki ildə çox ailələr şəhərə köçüblər. Şəhərdə yaşamaq istəyirlər, orada qaz var, su var, yol var. Bunu hər adam edə bilər, bu, bir qəhrəmanlıq deyil. Amma gərək yaşadığın kəndi, obanı şəhərə döndərəsən. Bax, mən qəhrəmanlıq buna deyərəm. Bu qəhrəmanlıq da, möhtərəm Prezident, Sizin kimi gözəl insanların, nəcabətli insanların rəhbərlik etdiyi ölkədə mümkündür.

Bu qaz xəttinin çəkilməsi bizə çox şey vəd edir. Təsəvvür edin, Yardımlının təbii sərvətləri olan meşələr qalmır, qırılır. Bu, onun qarşısını alır. İndi səhər-səhər bizim qadınlar durub balalarını məktəblərə yola salanda çay qoymaqdan ötrü çəpəri söküb yandırmayacaqlar. Kibrit çəkib qazı yandıracaq, çay qoyacaqlar. Orada yanan təkcə o qaz deyil, həm də Sizin qəlbinizin xalqa olan məhəbbətinin istisi, hərarətidir. Buna görə Sizə minnətdarıq.

Biz xoşbəxtik ki, Sizinlə bir dövrdə yaşayırıq. Biz xoşbəxtik ki, Sizin rəhbərlik etdiyiniz müstəqil Azərbaycan Respublikasının vətəndaşıyıq. İnanırıq ki, bizim xoş gələcəyimizin açarı Sizin əlinizdədir. Siz bu işi müvəffəqiyyətlə yerinə yetirəcəksiniz. Qoy bu işdə Allah Sizə yar olsun. Diqqətinizə görə minnətdaram.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

X X X

Prezident İlham Əliyev sonra ağsaqqallarla və ictimaiyyətin nümayəndələri ilə səmimi söhbət etdi, ölkənin iqtisadi imkanları artdıqca Azərbaycanın bütün bölgələrinin hərtərəfli inkişafı üçün daha böyük işlərin görüləcəyini vurğuladı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollarda satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

Hacıqabuldakı yanğının söndürülməsi üçün ətraf rayonlardan da qüvvə cəlb edilib

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib

BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub

Vyetnamın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib

® FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edilib – “Birbank” və “Visa”nın kampaniyası yekunlaşıb

İraq hava məkanını uçuşlar üçün yenidən açıb

Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır

Danimarka ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 milyon manatı vətəndaşlara qaytarılıb

İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb

Dilçilik İnstitutunun şöbələri yarımillik hesabat verib

Abaşidze: Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı regionun strateji əhəmiyyətini daha da artırır

Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistanda beynəlxalq təlim proqramında iştirak edib

Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslər iyulun 12-də test imtahanı verəcəklər

Britaniyada uşaqlara internet üzərindən açıq-saçıq görüntülərin göndərilməsinin qarşısı alınır

Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır

Ölkəmizdə ukraynalı uşaqlara reabilitasiya xidmətləri göstərilir

Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar

“Qarabağ Tallin” Brüsseldə keçirilən beynəlxalq turnirin gümüş mükafatçısı olub

Bu ilin 4 ayında Azərbaycan Aİ ölkələri arasında ən çox İtaliyaya məhsul göndərib

Cəlilabadda şadlıq sarayında saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Ayjan Beyseyeva: Orta Dəhliz strateji inkişaf fazasına qədəm qoyur

Yaradıcılıq tələb edən fənlərin sertifikatlaşdırılması tədrisin keyfiyyətini artıracaq - ekspert

Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüş təşkil edilib

Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət

Rumıniya elmi nəşrində "Varlıq" jurnalının milli kimlikdəki rolu araşdırılıb

SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO

SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO

Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb

BMU-nun tələbəsi İtaliyanın dörd nüfuzlu universitetinə qəbul olub

Paytaxtda çoxzolaqlı yolda avtomobillə vurulan piyada hadisə yerində ölüb VİDEO

Paytaxtda çoxzolaqlı yolda avtomobillə vurulan piyada hadisə yerində ölüb VİDEO

Aleksandr Sırski: İlin əvvəlindən bəri Ukraynanın 600 kvadratkilometrdən çox ərazisi azad edilib

Qarabağ və Şərqi Zəngəzurun bitki aləminə dair fundamental kitab nəşr olunub

AzTU və Beynəlxalq Türk Dövlətləri Universiteti arasında ikili diplom proqramı imzalanıb

Varşavada "İkinci Dünya müharibəsində nasizm üzərində qələbədə Azərbaycanın rolu" adlı sərgi təşkil olunub

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb

Anar Bağırov: Hər şəhər və rayonda vəkil bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir VİDEO

Anar Bağırov: Hər şəhər və rayonda vəkil bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir VİDEO

Mehmet Seven: Azərbaycanın enerji diplomatiyası ölkəni qlobal enerji xəritəsinin əsas aktorlarından birinə çevirib

Culfada Vəkil Bürosu açılıb

Erol Özvar: Təhsil sahəsində əməkdaşlıq türk dövlətləri üçün strateji əhəmiyyətə malikdir

Mərkəzi Afrika Respublikası ABŞ-dən deportasiya olunan miqrantları qəbul edəcək

SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib