Yasamal rayonunda saxlanılmış şəxsdən tapança və marixuana aşkarlanaraq götürülüb
Bakı, 27 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları davam etdirirlər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarənin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini V.Məhərrəmov Yasamal rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan “TT-17” markalı pnevmatik tapança aşkarlanıb.
Davam etdirilən tədbirlər nəticəsində onun yaşadığı evə baxış zamanı oradan 249 qrama yaxın tiryək, 88 qramdan artıq marixuana, 96 ədəd metadon, 456 ədəd trapin və 1 ədəd elektron tərəzi götürülüb.
Faktla əlaqədar təhqiqat davam etdirilir.