ELM VƏ TƏHSİL
YASAMAL RAYONUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 86-CI İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLİR
Bakı, 24 aprel (AZƏRTAC). Yasamal Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı tədbirlər planı hazırlanmışdır. Plana uyğun olaraq Heydər Əliyev məktəb-muzeyi ilə birlikdə aprelin 20-dən mayın 10-dək ulu öndərin həyat və siyasi fəaliyyətinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir.
Tədbirlər planında, həmçinin, məktəblilər arasında “Zəmanəmizin ən böyük azərbaycanlısı” mövzusunda inşa yazı müsabiqəsinin, “Ümummilli lider Heydər Əliyevi öyrənirik” mövzusunda bilik olimpiadasının keçirilməsi, orta ixtisas məktəblərinin tələbələri və gənclərlə “dəyirmi masa”ların və disputların təşkili və s. nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]