Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaxın Şərqdə yeni qüvvələr nisbəti: ABŞ-ın Suriyadan çəkilmə qərarının pərdəarxası

Yaxın Şərqdə yeni qüvvələr nisbəti: ABŞ-ın Suriyadan çəkilmə qərarının pərdəarxası

Bakı, 9 yanvar, AZƏRTAC

“newtimes.az” portalında “Yaxın Şərqdə yeni qüvvələr nisbəti: ABŞ-ın Suriyadan çəkilmə qərarının pərdəarxası” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Siyasətdə gözlənilməz qərarlar həmişə ola bilir. Bu dəfə dünyanı Donald Tramp təəccübləndirdi. O, Amerika qoşunlarının Suriyadan çıxarılacağını bəyan etməklə meydana çoxlu sayda suallar çıxardı. Hələ bu proses nə başlayıb, nə də başa çatıb. Ancaq ekspertlər onun geosiyasi nəticələri ilə bağlı proqnozlar verirlər. Onların təhlili göstərir ki, əslində, regionda geosiyasi vəziyyət olduqca mürəkkəbdir. Böyük dövlətlər kartlarını heç də açmırlar. Onların hərəkətləri daha çox qarşı tərəfin fikrini öyrənməyə yönəlmiş manevrləri xatırladır. Bu baxımdan yaranmış mənzərə xeyli düşündürücüdür. Belə görünür ki, Yaxın Şərqdə bütövlükdə ümumi geosiyasi mənzərəni dəyişə biləcək proseslər gedir. Onların mümkün nəticələri ekspertlər üçün maraqlıdır. Hansı qüvvələr nüfuzunu artıracaq? Bu vəziyyətə Amerika necə reaksiya verə bilər? Bu kimi suallara cavablar üzərində geniş dayanmağa ehtiyac gördük.

Trampın sürprizi: hansı məqsədi güdür?

ABŞ Prezidenti Donald Trampın Suriyadan Amerika hərbi kontingentinin çəkiləcəyi ilə bağlı bəyanatından sonra qlobal miqyasda bir çaşqınlıq yarandı. Müxtəlif ölkələr buna dərhal reaksiya verdilər. Hər şeydən öncə, aydın oldu ki, Amerikanın Yaxın Şərqdə geosiyasi təsiri son dərəcə güclüdür. Çünki hətta böyük dövlətlər belə sual etdilər: yaranacaq boşluq necə doldurulacaq? ABŞ-ın özündə isə siyasətçilər xeyli narahatdırlar. Bir qismi etiraz etdi, digərləri Vaşinqtonun strateji düşündüyünü ifadə etdi.

Rusiya ilə Fransanın reaksiyası da maraqlı oldu. Prezident Emmanuel Makron ABŞ dövlət başçısının qərarını tənqid edib onu məsuliyyətsiz adlandırdı. Dərhal da ifadə etdi ki, Fransa boşalan yeri doldurmağa hazırdır. Buna Suriyadakı əşirətlər təşkilatından etiraz oldu. Onlar Fransanı terrorçulara yardım etməkdə ittiham edib faktiki olaraq ona savaş mesajı verdilər.

Rusiya isə daha incə tərpəndi. Moskva öncə Vaşinqtonun verdiyi vədə əməl edəcəyinə şübhə ilə yanaşdığını bəyan etdi. Rusiya siyasiləri bəyan etdilər ki, Amerika rəhbərliyinin Suriyadan çıxmaq adı altında nələri nəzərdə tutduqları məlum deyil. Bu səbəbdən də hələ gözləmək lazımdır.

Bunların fonunda İran və Türkiyənin D.Trampın vədinə münasibəti daha çox maraq doğururdu. Maraqlıdır ki, İran susdu. Ciddi bir fikir bildirmədi. Bu, o deməkdir ki, Tehran Amerikanın Suriyanı tərk etməsini istərdi, lakin buna əmin deyil. ABŞ qoşunlarının Suriyadan çıxarılmasını kompensasiya edəcək bir planın olacağına Tehran əmindir. Deyək ki, bu bənddə Moskva ilə Tehranın mövqeyi üst-üstə düşür.

Türkiyə isə daha coşqulu reaksiya verdi. Öncə mediada informasiya yayıldı ki, D.Trampı bu qərara təhrik edən Rəcəb Tayyib Ərdoğan olub. Türkiyə Prezidenti qətiyyətli və konkret mövqeyi ilə yüksək iradə nümayiş etdirməklə D.Trampa psixoloji təsir göstərərək ona Suriyadakı real vəziyyəti anlada bilib. O cümlədən R.T.Ərdoğan sübut edib ki, Türkiyə təkbaşına İŞİD-in olan-qalan hissəsini də darmadağın edə bilər.

Ancaq çox keçmədi ki, bu informasiyanın bir qədər şişirdilmiş olduğu aydınlaşdı. Çünki D.Tramp atdığı addımın arxasında duran məqamları anlatdıqca, mənzərə daha da konkretləşdi. Məsələnin bu tərəfinə bir qədər sonra qayıdacağıq. Burada isə onu vurğulayaq ki, digər böyük dövlətlərdən fərqli olaraq, Ankara ABŞ-ın bu addımını birmənalı təqdir etdi. Yüksək səviyyədə ifadə edildi ki, Amerika strateji baxımdan doğru addım atıb və onu reallaşdırmaq gərəkdir. Ekspertlər sual edirlər: Türkiyə niyə D.Trampa inandı, halbuki əksər böyük dövlətlər vəziyyətə şübhə ilə yanaşdılar?

Burada, ilk növbədə, Türkiyənin Suriya səhnəsindəki vəziyyəti real dəyərləndirməsi diqqəti çəkir. Amerikanın öz əsgərini nə zaman döyüş meydanından çəkməsindən asılı olmayaraq Ankara şans əldə edir. Birincisi, aydınlaşır ki, Vaşinqton terror qrupları ilə sona qədər yol getməyib uyğun geosiyasi şərtlər yarandıqda onlara arxa çevirə bilər. "Əl-Qaidə" və İŞİD-lə bağlı vəziyyətdə olduğu kimi. İkincisi, Türkiyə yaranmış vəziyyətdən istifadə edərək iki aspektdə avantaj əldə edir. Onlardan biri Suriyaya hərbi müdaxilə üçün əsasın yaranmasıdır, çünki bölgədə boşluq doldurulmalıdır və bunu niyə Suriyanın ən yaxın qonşusu etməsin? Əgər həmin statusa uzaq Rusiya və ya Fransa iddia edirsə, Türkiyə niyə iddia etməsin? Həm də Yaxın Şərqdə bu statusa iddia edə biləcək ikinci dövlət yoxdur. İran zatən təcrid olunub. Səudiyyə Ərəbistanı özünü nüfuzdan salıb. Misir o gücdə deyil. Qalır Türkiyə!

Yeni liderlik uğrunda: yarış gərginləşir

İkinci məqam Türkiyənin geosiyasi güc olaraq əlinin güclənməsi ilə bağlıdır. Çünki Vaşinqton Suriyadan çəkilmək fikrindədirsə, bunun fonunda öncə Türkiyənin mövqeyi güclənir. Ankaranın fəallığı artır. Bunun əlaməti kimi Suriyanın daxilindəki bir sıra güclərin Türkiyəni dəstəkləyən bəyanatlar verməsini göstərmək olar. Onların sırasında Suriyanın şimalında yaşayan əşirətlərin (onların sayı 20-dir) birləşərək, təşkilat yaratması və Türkiyəni bölgəyə dəvət etməsini göstərmək olar. Silahlı qruplaşmalar içərisində də on minlərlə üzvü olan Azad Suriya Ordusunun Türkiyəni tam dəstəkləməsini göstərmək olar. Sadə əhali içərisində də Ankaraya yaxşı münasibəti olanlar az deyil.

Belə görünür ki, Rusiya və İran da Türkiyənin aparıcı rolunu qəbul edirlər. Rusiya üçün burada ancaq müsbət cəhətlər var. Çünki supergüc kimi bütövlükdə Yaxın Şərqdə, o cümlədən Suriyada söz sahibidir. Türkiyə isə onunla bərabərdirsə, Moskva bundan yalnız udur. Ankara NATO üzvü olaraq Rusiya ilə Suriya məsələsində təhlükəsizliyi təmin edir. Eyni zamanda, regionun müsəlman əhalisi müsəlman türklərlə dost olanları normal qəbul edə bilər. Bunlarla yanaşı, Rusiya Türkiyə ilə bir sırada olmaqla böyük bir geosiyasi məkanda türk xalqlarının simpatiyasını qazanmış olur.

İran üçün də əlverişli şərait yaranır. İlk növbədə, Amerikanın yerində Türkiyə olsa, Tehran razı qalar. İrana qarşı sanksiyalarda Türkiyə qətiyyət nümayiş etdirib Tehranı müdafiə etdi. Bunlarla yanaşı, regionun iki nəhəng dövləti birgə hərəkət etmək şansı əldə edirlər. Məzhəb aspektində də İran Türkiyənin timsalında sünnilərə düşmən olmadığını göstərmiş olur. Nəhayət, iki dövlət arasında bütün istiqamətlərdə əlaqələr inkişaf edirsə, bu, hər iki tərəfə sərfəlidir.

Bütün bunlar İranı da Türkiyənin geosiyasi yüksəlişinə qarşı loyal olmağa sövq edir. Ərəb ölkələrinin bir necəsi üçün də Türkiyənin regionda daha nüfuzlu olması sərfəlidir. Onlar Ankaranın daha ədalətli davrandığının fərqindədirlər. Həm də son illər Türkiyə qədər Fələstin məsələsində fəal olan ikinci müsəlman dövlətini görməyiblər.

Deməli, ABŞ-ın Suriyadan çəkilmə qərarı dolayısı və ya birbaşa Türkiyənin geosiyasi nüfuzunun artmasına yeni imkan yaradıb. Bu səbəbdən Vaşinqtonun Suriyadan hansı müddətdə əsgərlərini çəkəcəyindən asılı olmayaraq, Türkiyə üçün bu qərar əhəmiyyətlidir. Ankara hər şeyi ölçüb-biçərək D.Trampın qərarını alqışlayır.

Bu kontekstdə ekspertlər ABŞ-Türkiyə münasibətlərində yeni mərhələnin mümkünlüyünü ayrıca qeyd edirlər. Belə ki, Amerika mətbuatında ölkənin Yaxın Şərqdə başlıca müttəfiqinin Türkiyə olduğu haqqında silsilə məqalələrin dərc edilməsi təsadüfi deyil. Hər iki dövlətin rəsmi şəxsləri də təsdiq edirlər ki, problemlər həll olunur. Hətta 2019-cu ildə Donald Trampın Türkiyəyə səfəri nəzərdə tutulub.

İndi məsələyə regiondakı geosiyasi dinamikanın çalarları və D.Trampın yuxarıda vurğuladığımız addımları müstəvisində baxaq. Amerika Prezidenti Suriyadan çəkilmə qərarını verdikdən sonra gizli olaraq İraqa səfər etdi. Orada bəyan etdi ki, İraqdan çəkilmirlər və lazım olsa, çevik qüvvələr Suriyada əməliyyat keçirə bilərlər. Deməli, yüksək texnoloji imkanları nəzərə alsaq, ABŞ faktiki olaraq hərbi-təhlükəsizlik baxımından heç nə itirmir. Əvəzində, geosiyasi dividend qazanır. Belə ki, savaş meydanında digər böyük oyunçular - Rusiya, Türkiyə və İran qalır! Bundan kim udacaq? Onu zaman göstərəcək. Ancaq belə görünür ki, D.Tramp strateji baxımdan daha uzaqgörən addım atıb. Bu barədə ABŞ Konqresinin üzvləri də fikir bildirirlər.

Onu da vurğulayaq ki, regiondakı ərəb ölkələri artıq Bəşər Əsədi dəstəkləməyə başlayıblar. Sudan Prezidentinin Dəməşqə səfərindən sonra digərləri də hərəkətə gəliblər. Onlar bu ölkədə səfirliklərini açmağa hazırlaşırlar. B.Əsəd yenidənmi legitimləşir? Ərəb birliyi onu qəbul edirmi? Bu məsələlər də əhəmiyyətsiz deyil.

Vəziyyətə həmin kontekstdə yanaşdıqda görürük ki, Vaşinqton üçün əsas məsələ Suriyadakı kürd qruplaşmaları ilə münasibəti tənzimləmək olacaq. Bu bağlılıqda isə hələlik Amerikanın mesajı “kürd müttəfiqlərimizi müdafiə edəcəyik” kimidir! Bunun belə olub-olmadığı hələ bilinmir. Ancaq bir məqam aydın olur: Yaxın Şərqdə, o cümlədən Suriyada geosiyasi qüvvələr nisbəti dəyişir. Kimin xeyrinə və ya kimlərin xeyrinə? Bu suala birmənalı cavab vermək indi çətindir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb