Azərbaycan Dövlət İnformasiya Agentliyi

YENİ AZƏRBAYCAN PARTİYASI “HEYDƏR ƏLİYEV İRSİ: AZƏRBAYCANIN DAVAMLI İNKİŞAF STRATEGİYASI” MÖVZUSUNDA KONFRANS KEÇİRMİŞDİR

AZƏRTAC xəbər verir ki, mayın 6-da Yeni Azərbaycan Partiyası ümummilli liderimiz, partiyanın yaradıcısı Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Heydəv Əliyev irsi: Azərbaycanın davamlı inkişaf strategiyası” mövzusunda konfrans keçirmişdir.

Konfransdan əvvəl iştirakçılar - partiyanın İdarə heyətinin üzvləri, Milli Məclisin deputatları, tanınmış ziyalılar Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül-çiçək düzülmüşdür.

Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov açaraq demişdir ki, ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar hər yerdə tədbirlər keçirilir, hamı ümummilli liderin xatirəsinə öz hörmət və ehtiramını ifadə edir. Heydər Əliyevin Azərbaycan xalqının tarixində və taleyində əvəzsiz rolunun tədqiq olunması, öyrənilməsi, onun siyasətinin həyata keçirilməsinə hər kəsin öz töhfəsini verməsi niyyəti ilə Yeni Azərbaycan Partiyası artıq dördüncü dəfədir ki, tanınmış ziyalıların - partiyamızın fəal üzvlərinin iştirakı ilə konfrans keçirir. Bu konfransların nəşr olunmuş materiallarının ümumi həcmi 3 min səhifədən ibarətdir. İnanıram ki, bu sanballı kitablar Heydər Əliyevin zəngin və çox dəyərli irsinin gələcək nəsillər tərəfindən öyrənilməsi üçün də əhəmiyyətli mənbə rolunu oynayacaqdır.

Sonra YAP sədrinin müavini, Milli Məclisin deputatı Murtuz Ələsgərov “Heydər Əliyev və parlamentarizm ənənələri” mövzusunda məruzə etmişdir. Natiq xüsusi vurğulamışdır ki, hələ Sovet İttifaqının mövcud olduğu illərdə və xüsusən respublikamız müstəqillik əldə etdikdən sonra ölkəmizdə həyatın müxtəlif sahələrində, o cümlədən parlamentarizmin inkişafında qazanılmış nailiyyətlər məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, 1969-1982-ci illərdə Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə respublikamızı müstəqil ölkə kimi görür, burada bütün sahələrin, o cümlədən parlamentarizmin inkişafı üçün əlindən gələni əsirgəmirdi. Heydər Əliyevin hələ Azərbaycan Ali Sovetinin sədri olmadığı vaxtlarda parlamentin iclasları hamımızın yadındadır. O dövrdə respublikanı idarə edənlərin hakimiyyət bölgüsü haqqında, əslində, təsəvvürləri yox idi. Hakimiyyət hərisləri parlamenti xalqın gözündən tamamilə salmışdı, xalqın ona inamı itmişdi. Məhz 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından və iyunun 15-də o, Ali Sovetin sədri seçiləndən sonra müasir parlament ənənəsi və mədəniyyəti inkişaf etmək imkanı qazandı.

Heydər Əliyevin sədr seçilməsi parlamentin nüfuzunu yeni səviyyəyə qaldırdı və onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, eyni zamanda, parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratdı. Heydər Əliyev həmin vəzifədə cəmi 4 ay - dövlət başçısı seçilənədək çalışsa da, bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, ona siyasi mədəniyyət gətirdi. Heydər Əliyevin iclası aparmaq tərzi, öz təkliflərini dəqiq əsaslandırması, deputatların çıxışlarının məzmununu tutmaq bacarığı, dəyərli fikirləri ümumiləşdirərək ən optimal variantı seçmək qabiliyyəti hamımız üçün əsil parlamentarizm məktəbi idi. Onun şəxsi mədəniyyəti, güclü məntiqi, şərait tələb etdikdə sərtliyi istər-istəməz hamını heyran qoyurdu. Parlamentin qəbul etdiyi məcəllələr və bir sıra digər qanunvericilik aktları Azərbaycanın demokratik yolla ardıcıl inkişafı, respublikamızın hüquqi dövlətə çevrilməsi üçün zəruri olan bütün hüquqi təminatları yaratdı.

Murtuz Ələsgərov əmin olduğunu bildirdi ki, qurucusu ümummilli liderimiz Heydər Əliyev olmuş müasir Azərbaycan parlamenti dövlətçiliyimizin və müstəqilliyimizin əbədi olması üçün üzərinə düşən vəzifələri bundan sonra da ləyaqətlə davam etdirəcək, dünyanın aparıcı ölkələrinin parlamentləri ilə bir sırada dayanacaqdır.

AMEA-nın prezidenti akademik Mahmud Kərimov “Müstəqil Azərbaycan elminin inkişaf konsepsiyası Heydər Əliyev milli siyasətinin tərkib hissəsi kimi” məruzəsində vurğulamışdır ki, dahi şəxsiyyət Azərbaycan elminə və aliminə münasibəti yüksək dövlət siyasəti müstəvisində həyata keçirirdi. Bununla yanaşı, o, böyük elmin görkəmli nümayəndəsi idi. Müdrik siyasətçi dünyanın ən məşhur elmi-siyasi qurumlarına üzv seçilmiş, görkəmli elm və siyasət adamları onu siyasət elminin ustadı adlandırmışlar. Bu gün təkcə respublikamızda deyil, dünyanın müxtəlif regionlarında Heydər Əliyevin siyasət elmi öyrənilir və təbliğ olunur.

Məruzəçi akademiyanın nailiyyətlərində Heydər Əliyevin böyük xidmətlərini minnətdarlıqla xatırladıb demişdir ki, Azərbaycan elminin bütün sahələrinin tərəqqisində Heydər Əliyevin müdrik təşkilatçılıq siyasəti öz tarixi missiyasını böyük şərəflə yerinə yetirmişdir. Müstəqil Azərbaycan dövlətinə Heydər Əliyevin rəhbərliyi dövrü ərzində ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksək ixtisaslı elmi kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP İdarə heyətinin üzvü Əli Həsənovun “Heydər Əliyev və Azərbaycanın milli təhlükəsizlik siyasəti”, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri, YAP idarə heyətinin üzvü Arif Rəhimzadənin “Heydər Əliyev epoxası”, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru professor Seyfəddin Qəndilovun “Heydər Əliyev irsi dövlət idarəçiliyinin təkrarsız nümunəsidir” mövzusunda məruzələri də maraqla dinlənilmişdir.

Əli Həsənov 1993-cü ildən başlayaraq Prezident Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin bəhrələrini xatırladaraq demişdir ki, bu siyasət sayəsində Azərbaycan bütövlükdə dünyanın mühüm geosiyasi, geoiqtisadi və geostrateji əhəmiyyət kəsb edən bir dövlətinə çevrilmişdir. Azərbaycanın Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişdiyi, mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin keçdiyi məkanda yerləşməsi regionun və dünyanın aparıcı dövlətləri arasında tarazlaşdırılmış siyasət yürütməyi, müxtəlif maraqları nəzərə almağı tələb edir. Əhəmiyyətli ərazi (məkan), geostrateji (təhlükəsizlik) və geoiqtisadi (karbohidrogen ehtiyatları və s.) üstünlüklərdən ölkənin milli maraqları çərçivəsində bəhrələnmək xarici siyasət və milli təhlükəsizliyin əsas vəzifələrindəndir. Hər bir dövlət xarici müdaxilə olmadan öz daxili həyatını qurmaq və idarə etmək, daxili sabitliyi qorumaq, ölkənin strateji inkişafını, konstitusiya quruluşunu təmin etmək vəzifəsini həyata keçirir. Bu mənada mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan özünün müəyyən etdiyi demokratik cəmiyyət, hüquqi və dünyəvi dövlət qurmaq, dünyanın qabaqcıl siyasi, iqtisadi və təhlükəsizlik sistemlərinə inteqrasiya xəttini reallaşdırmaq üçün regionun və dünyanın güc mərkəzləri ilə münasibətlərə dair xüsusi düşünülmüş, ardıcıl həyata keçirilən milli təhlükəsizlik konsepsiyasına malik olmalıdır. Bu konsepsiya dövlətin həm daxili, həm də xarici vəzifələrini, onu reallaşdırmanın əsaslı yollarını və vasitələrini dəqiq müəyyən edən milli proqrama söykənməlidir.

Natiq belə bir şəraitdə ulu öndərin atdığı addımları, regional təhlükəsizlik sahəsində irəli sürdüyü təklifləri xatırladaraq demişdir ki, Azərbaycanın regional təhlükəsizlik məsələsinə yanaşması birmənalıdır: Qafqaz regionunun müxtəlif güc blokları arasında bölünməsinin qarşısını almaq. Prezident Heydər Əliyev Azərbaycanın bu mövqeyini 1993-cü ildən başlayaraq ardıcıl şəkildə həyata keçirmiş, bölgə ölkələrinin ərazisində xarici qoşunların və hərbi bazaların yerləşdirilməsinin, Qafqazın militaristləşdirilməsinin əleyhinə çıxış etmişdir.

Əli Həsənov ümummilli liderin xarici siyasətinin hazırda layiqincə davam etdirildiyini vurğulayaraq bildirmişdir ki, indi Qafqaz müxtəlif hərbi, siyasi və təhlükəsizlik maraqlarını və güc mərkəzlərini özünə cəlb edən strateji məkana çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev ən mötəbər beynəlxalq tribunalardan dəfələrlə bəyan etmişdir ki, Cənubi Qafqazın geosiyasi perspektivləri və buradakı ölkələrin inkişafı, ilk növbədə, münaqişələrin və regional təhlükəsizlik probleminin həllindən, bölgədə sülh və sabitliyin təmin olunmasından asılıdır. Bu mənada, Qafqazdakı münaqişə ocaqları bütün regionun inkişafı yolunda maneədir...

Sonra konfrans öz işini “Heydər Əliyev və müasir Azərbaycan”, “Müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf modeli”, “Azərbaycan inkişafın yeni mərhələsində” bölmələrində davam etdirmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır