Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.