İQTİSADİYYAT
Yeni marşrut avtobusları fəaliyyətə başlayıb VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
“BakuBus” MMC-nin 6 və 8 saylı marşrut avtobusları fəaliyyətə başlayıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 6 nömrəli marşrut avtobusunun hərəkət cədvəli - “Azadlıq” metrostansiyası-Akademık Həsən Əliyev küçəsi-Tbilisi prospekti-“Lider” televiziyası-“Elmlər Akademiyası” metrostansiyası-“İçərişəhər” metrostansiyası-20-ci sahə olacaqdır.
8 nömrəli marşrut avtobusunun hərəkət cədvəli isə “Azadlıq” metrostansiyasından-Səməd Vurğun küçəsi-Heydər Əliyev Sarayı-“28 May” metrostansiyasına qədər hərəkət edəcək.
Hərəkət istiqaməti Şəhidlər Xiyabanı-“Elmlər Akademiyası” metrostansiyası-“Koroğlu” parkı-“Gənclik” metrostansiyası-“N.Nərimanov” metro stansiyası-“Montin” bazarı olan əvvəlki 6 nömrəli marşrut avtobusu 63 nömrəsi ilə əvəzlənib. Yəni əvvəlki 6 nömrəli marşrut avtobusu artıq 63 nömrəli marşrut adı ilə sərnişinlərə xidmət göstərir.