YENİ MƏKTƏB İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni dərs ilinin ilk günlərində Şərur rayonunun Şəhriyar kəndində bu tədris müəssisələrindən ikinci, 432 yerlik, ikimərtəbəli məktəb istifadəyə verilmişdir.
Məktəbdə tədrisin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün sinif otaqları ilə yanaşı kitabxana, laboratoriya, kompyüter otağı, müxtəlif kabinələr, tibb məntəqəsi və hərbi otaq fəaliyyət göstərəcək.
Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən qırmızı lenti kəsmiş və birinci sinif şagirdlərinə məktəbli çantalarını hədiyyə etmişdir.
Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı, valideyinlər və müəllimlər son illər təhsil sahəsində həyata keçirilən tədbirlərdən danışmış, gənc nəslə göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər.
Üzərində Heydər Əliyev kursunun davamçıları olan İlham Əliyevin və Vasif Talıbovun əksi olan əl işi Ali Məclisin sədrinə hədiyyə edilmişdir.
Həmin gün məktəbin həyətində saatda 55 kubmetr su vuran subartezian quyusunun da açılışı olmuşdur. Bu quyu məktəbin, eləcə də kənd əhalisinin icməli və suvarma suyuna olan ehtiyacını ödəyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]