Yeni meyvə bağlarında 2 min ting əkilib
Naxçıvan, 14 aprel, AZƏRTAC
Muxtar respublikada aparılan yaşıllaşdırma tədbirləri çərçivəsində Əshabi-Kəhf yolunun ətrafında və Naxçıvançayın sahilində yeni meyvə bağları salınıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yeni bağlarda 2 min müxtəlif meyvə tingi əkilib. Əkilən tinglər yerli şəraitə uyğun məhsuldar toxum sortlarından əldə olunub.
Qeyd edək ki, bu il muxtar respublika ərazisində 262 hektar sahədə yeni meyvə bağları salınıb, meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib. Aparılan yaşıllaşdırma tədbirlərində 109 mindən çox meyvə tingi, həmişəyaşıl ağac, bəzək və gül kolları əkilib.