Yeni proqram Gürcüstanda etnik azlıqların dövlət strukturlarında işlə təmin olunmasına imkan yaradacaq
Tbilisi, 15 mart, AZƏRTAC
Gürcüstan dövlətinin qəbul etdiyi “1+4” proqramı çərçivəsində dövlət dilini öyrənməklə etnik azlıqları təmsil edən tələbə-gənclər dövlət və yerli özünüidarəetmə orqanlarında təcrübə keçəcəklər. Bu yolla onlar, həm də gələcək iş yerlərini müəyyən edəcəklər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov söyləyib.
O deyib ki, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyi ölkədə milli azlıqların inteqrasiyası və gənclərin dövlət strukturlarında təcrübə keçməsi ilə bağlı yeni proqram hazırlayıb. Bu proqram ilk növbədə etnik azlıqların inteqrasiyasına təkan verəcək.
Onun sözlərinə görə, proqramın əsas məqsədlərindən biri də ölkədəki gənclərə etnik və dini mənsubiyyətindən asılı olmayaraq ictimai həyatın bütün sahələrində özlərini tamhüquqlu vətəndaş olduqlarını hiss etdirməkdir. Bu proqram gənclərin gələcək karyeraları üçün geniş imkanlar açacaq, etnik azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası prosesinə təkan verəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]