Yeni tibb məntəqəsi laçınlı məcburi köçkünlərin istifadəsinə verilmişdir
Ağcabədi, 29 aprel (AZƏRTAC). Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Malıbəy obasında yeni inşa olunmuş tibb məntəqəsi istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər məcburi köçkünləri təbrik etmiş, tibb məntəqəsinin inşasında əməyi olanlara minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə tikintini aparan “Qartal” firmasının rəhbərinə Laçın Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı təqdim olunmuşdur.
Sonra iştirakçılar tibb məntəqəsində yaradılan şəraitlə tanış olmuşlar. Lazımi avadanlıqla təmin olunmuş binada əhaliyə nümunəvi tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]