İDMAN
Yeniyetmə güləşçilərimiz Gürcüstanda keçirilən beynəlxalq turnirdə iştirak edirlər
Bakı, 17 iyul (AZƏRTAC). İyulun 17-də Gürcüstanın Rustavi şəhərində Temo Kazaraşvilinin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq turnir başlamışdır.
AZƏRTAC xəbər verir ki, turnirdə yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamız iştirak edir.
Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında Gürcüstana 12 güləşçimiz yollanmışdır. Heyətdə Nofəl Babayev, Kənan Cəfərov (hər ikisi 42 kq), Ramil Heydərov, Yaşar Məmmədzadə (hər ikisi 46 kq), Hüseyn Mansurov, Elçin Məmmədov (hər ikisi 54 kq), Zahid Ələkbərzadə, Şamo Süleymanov (hər ikisi 58 kq), Mehrac Kərimov, Nicat Abdullazadə (hər ikisi 69 kq), Adambek Şidukov və Cavid Feyziyev (hər ikisi 100 kq) yer almışlar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Natiq Hacıyev, Xanmirzə Məlikəliyev və Zakir Məmmədov təmsil edəcəklər.