Yeniyetmələrin oynaqlarında ağrılar xəstəliyin inkişafından xəbər verir
Bakı, 2 avqust (AZƏRTAC). Yeniyetmələrin oynaqlarında ağrılar tez-tez baş verən haldır. Valideynlər və həkimlər çox vaxt diz oynaqlarında ağrıları orqanizmdə yaş dəyişiklikləri ilə əlaqələndirir və belə hesab edirlər ki, böyüdükcə bu problem də aradan qalxır. Lakin statistika göstərir ki, hər üç yeniyetmədən biri diz oynaqlarında ağrılarla qarşılaşır.
AZƏRTAC-ın “Daily Mail” qəzetinə istinadən verdiyi xəbərə görə, alimlər qeyd edirlər ki, əksər hallarda ağrılar cinsi yetkinlikdən sonra da keçib getmir. Bəzi hallarda osteoartrit inkişaf edir. Diz qapağının dəyişdirilməsi üzrə əməliyyat keçirmiş yaşlı adamların dörddə birində hələ uşaq ikən diz oynaqları ilə əlaqədar problemlər olub. 12 yaşından 19 yaşınadək uşaqların 30 faizi diz ağrılarından şikayətlənir. Onların yeddi faizində ağrılar daim olur. Bəzən ağrı elə intensiv xarakter daşıyır ki, uşaqların sərbəst hərəkət etməsinə və idmanla məşğul olmasına mane olur.
Çox vaxt ağrılara görə yeniyetmələr idman məşğələlərinə getmirlər. Lakin tibb işçiləri belə hesab edirlər ki, düzgün məşq etdikdə ağrılar kəsə bilər. Amma xüsusi məşq rejiminə əməl etmək gənclər üçün asan məsələ deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]