YEVLAXDA GÖMRÜK İDARƏSİNİN YENİ İNZİBATİ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yevlax şəhərində Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük idarəsinin binası istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Dövlət Gömrük Komitəsi sədrinin müavini Rza Həsənəliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Natiqlər gömrük idarəsinin binasının istifadəyə verilməsini, eləcə də çoxsaylı digər obyektlərin inşa edilməsini Prezident İlham Əliyevin yevlaxlılara diqqət və qayğısının nümunəsi kimi qiymətləndirmişlər.
######
