Yevlaxda polis əməkdaşları sakinlərə tibbi maskalar paylayıblar
Bakı, 6 may, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon ərazisində vətəndaşlara maddi yardımların verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir. Həmçinin vətəndaşlara tibbi maskalar paylanıb və sosial məsafənin qorunmasının labüdlüyü barədə məlumat verilib.