Yığmalarımız yoxlama oyununda qarşılaşıblar
Bakı, 2 iyul, AZƏRTAC
Bakıda təlim-məşq toplanışında olan 17 və 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandaları yoxlama oyununda üz-üzə gəliblər.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, qarşılaşma U-17-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Veysəl Rzayev və Emil Quluzadə vurublar.