YOL-NƏQLİYYAT HADİSƏLƏRİNDƏ ÖLƏNLƏR VƏ XƏSARƏT ALANLAR OLMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 11-də Qəbələ rayonu ərazisində, rayon sakini Mustafa Mustafayev idarə etdiyi “VAZ-210112” markalı avtomaşını ağaca vurmuş, nəticədə hadisə yerində ölmüşdür.
Aprelin 10-da Nərimanov rayonu ərazisindəki Z.Bünyadov küçəsində Bakı şəhər sakini İbad Əliyev sürdüyü “Otoyol” markalı 311 nömrəli xətt avtobusunu aşırmışdır.
Qəzada avtomaşının xəsarət almış 17 sərnişini xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Nizami rayonu ərazisindəki Q.Qarayev prospektində naməlum avtomaşınla Bakı şəhər sakini İbrahim Səfərov vurulmuş, piyada hadisə yerində ölmüşdür. Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]