YOL POLİSİ ƏMƏKDAŞLARININ FƏALİYYƏTİNDƏ MÜƏYYƏN DÖNÜŞ YARADILMIŞDIR
Bakı şəhəri və rayon dövlət yol polisi şöbələrində təbliğat üzrə inspektorların KİV nümayəndələri ilə görüşü, ötən dövr ərzində görülən işlər, o cümlədən ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Bakı Şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006/2007-ci illər üçün Tədbirlər Planı” və aprelin 15-dən mayın 15-dək “Sərxoş sürücü təhlükə mənbəyidir” devizi ilə təhlükəsizlik aylığının keçirilməsi ilə bağlı dəyirmi masa təşkil olunmuşdur.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov bildirmişdir ki, son illər dövlət yol polisi əməkdaşlarının fəaliyyətində müəyyən dönüş yaradılmışdır. Tabeliyində olduğumuz idarə və nazirlik tərəfindən yol polisinin fəaliyyətinə diqqət, qayğı və tələbkarlıq artırılmış, müəyyən vasitələrdən istifadə etməklə, dövlət yol polisi əməkdaşlarının fəaliyyətinə diqqət gücləndirilmiş, korrupsiya hallarının qarşısı alınmış, vətəndaşlarla münasibət müsbət yöndə dəyişdirilmişdir. Bu görüşün keçirilməsindən məqsəd kütləvi informasiya vasitələrinin köməyi ilə işin səmərəli və keyfiyyətli təşkili, informasiyaların tezliyi, dəqiqliyi və qərərsizliyi, keçirilən və keçiriləcək məqsədyönlü profilaktik tədbirlərin ictimaiyyətə vaxtında çatdırılması və yol-hərəkət qaydalarının təbliğinin gücləndirilməsidir.
Mart ayında “Yüksək sürət təhlükə törədir” devizi ilə təhlükəsizlik aylığının uğurla keçirildiyini, aylıq müddətində şəhər üzrə yol-qəza hadisələrinin sayının aşağı düşdüyünü deyən natiq “Sərxoş sürücü təhlükə mənbəyidir” devizi ilə keçirilən aylığın da uğurla başa çatacağını və yol-qəza hadisələrinin qarşısını almaq üçün mümkün olan bütün bundan sonra da tədbirlərdən istifadə ediləcəyini bildirmişdir.
Ölkə başçısı İlham Əliyev tərəfindən təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın müvafiq bəndlərinə uyğun olaraq keçirilən tədbirlər və qarşılaşdıqları problemlərlə bağlı məlumat verən Vaqif Əsədov qeyd etmişdir ki, tədbirlər planının 5-6-cı bəndlərinin tələbinə əsasən, paytaxtımızın küçə və yolları yenidən müayinə edilmiş, çatışmayan, köhnəlmiş yol nişanlarının qeydiyyatı aparılmışdır. O, paytaxtda tikinti işləri aparan və piyadalar üçün nəzərdə tutulmuş səkiləri bağlayan təşkilatların, Dövlət Yol Polisi əməkdaşları tərəfindən görülmüş təsirli tədbirlərə baxmayaraq, hələ də öz işlərini davam etdirdiklərini söyləmişdir. Onun sözlərinə görə, bugünədək tikinti obyektləri tərəfindən bağlanmış 31 yerdə yollar açılmış, 22 yerdə isə həmin yollar hələ də bağlı olaraq qalır.
Sonra jurnalistlərin sualları cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb
- 10.10.2026 [23:58]
Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var
- 10.10.2026 [23:01]
Bakıda beynəlxalq tanqo marafonu davam edir
- 10.10.2026 [22:34]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [21:32]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [21:28]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:49]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [20:45]
Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir
- 10.10.2026 [20:18]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [20:00]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [19:51]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:28]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [19:05]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:53]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [18:46]
“GastroFest 2026” festivalı yekunlaşıb
- 10.10.2026 [18:40]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [18:35]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:48]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [17:30]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [17:15]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [17:03]
BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib
- 10.10.2026 [16:26]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [16:18]