Yoxlama zamanı sahibkarın hüquqları müəyyən edilib
Bakı, 4 may, AZƏRTAC
Sahibkarlıq sahəsində yoxlama zamanı sahibkarın hüquqları müəyyən edilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə öz əksini tapıb.
Sahibkarın yoxlama başlamazdan əvvəl yoxlayıcıdan onun xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı tələb etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat almaq və bu sənədlərlə tanış olmaq imkanının yaradılmasını tələb etmək, yoxlayıcı orqanların (yoxlayıcıların) qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək, sübut və izahatlar təqdim etmək, yazılı izahatlar vermək, yoxlamaya aid olan hər hansı bir sənədin və ya onun surətinin yoxlama aktına əlavə olunmasını, həmçinin yoxlama zamanı baş verən, sahibkarın və ya yoxlayıcının hüquq və ya vəzifələrinə təsir edə biləcək faktlar barədə qeydlərin yoxlama aktına daxil edilməsini tələb etmək, yoxlama zamanı tərtib olunmuş yoxlama aktı və digər sənədlərlə tanış olmaq, bildirişlərin və yoxlama ilə əlaqədar məlumatların (sənədlərin) göndərilməsi üçün elektron poçt və ya digər poçt ünvanını yoxlayıcıya bildirmək, yoxlayıcının fəaliyyətinə maneə yaratmamaqla, yoxlama prosesinin foto, audio və video çəkilişini aparmaq və bu məqsədlə digər şəxsləri yoxlama prosesinə cəlb etmək, öz hüquq və mənafelərini qorumaq məqsədilə üçüncü şəxsləri yoxlama prosesinə cəlb etmək, yoxlama obyektinə aid olmayan, həmçinin yoxlamanın aparılması haqqında qərarda qeyd olunan yoxlama dövrünə aid olmayan məlumatları (sənədləri) yoxlayıcıya təqdim etməmək, yoxlayıcının qanunsuz tələblərini icra etməmək kimi hüquqları var.