Azərbaycan Dövlət İnformasiya Agentliyi

YUNESKO-NUN BAŞ DİREKTORU KOİŞİRO MATSUURANIN ÇIXIŞI

-Hörmətli Azərbaycanın birinci xanımı,

hörmətli Niderland və İordaniya şahzadələri, İslandiyanın sabiq prezidenti,

hörmətli nazirlər, səfirlər,

xanımlar və cənablar!

YUNESKO-nun savadlılıq, xeyirxahlıq və təhsillə bağlı regional konfransına xoş gəlmisiniz. İcazə verin, Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bu konfransa himayəçilik etdiyinə görə öz təşəkkürümü bildirim. Mehriban xanımın təhsilin, mədəniyyətin, sülhün və dialoqun inkişafında əlahiddə rolu var.

İcazə verin, bu tədbirin keçirilməsində göstərdiyi dəstəyə və YUNESKO-ya dərin sədaqətinə görə Mehriban xanıma bir daha səmimi təşəkkürümü ifadə edim.

Mən həmçinin bu tədbirin baş tutmasında göstərdiyi köməyə görə Azərbaycanın Baş nazirinin müavininə, digər nazirlərə təşəkkür edirəm.

Biz bu konfransda Niderland şahzadəsi Laurentienin məruzəsini dinləyəcəyik. Şahzadə Laurentien Niderland Krallığının Yazı və Oxu Fondunun sədridir. Onun savadlılığın sadiq tərəfdarı olması özünün müəlliməlik təcrübəsinə əsaslanır.

Biz həmçinin ABŞ-ın birinci xanımı, BMT-nin Savadlılıq Onilliyinin fəxri səfiri Lora Buşun videomüraciətini də dinləyəcəyik. Bu görüş xanım Buşun təşəbbüsü ilə 2006-cı ilin sentyabrında Nyu-Yorkda keçirilən qlobal savadlılıq konfransının davamıdır.

İcazə verin, BMT-nin xoşməramlı səfirlərini, siyasətçiləri, universitetlərin, fondların, qeyri-hökumət təşkilatlarının nümayəndələrini, təhsil üzrə ekspertləri bir daha salamlayım.

Xanımlar və cənablar,

Biz bilirik və inanırıq ki, savadlılıq biliyin təməli və əsas inkişaf vasitəsidir. Təhsildə irəliləyiş olmadan, hətta yoxsulluğun azaldılmasına da nail olmaq mümkün deyildir. Qadınlar arasında savadlılığın artırılması müasir dövrün qarşısında duran ən vacib məqsədlərdən biridir.

Biz bilirik ki, savadlılıq azadlıq, demokratiya, eləcə də fərdi gəlir, işlə təmin olunma, iqtisadi rifah üçün həlledici amildir. Əgər oxumaq və yazmağı bacarmasaydıq, bizim heç birimiz burada olmazdıq.

Ancaq milyonlarla insan hələ də savadlılığın üstünlüklərindən faydalana bilmir. Biz statistik məlumatları çox təkrarlamışıq, lakin icazə verin, yenə də təkrarlayım. Dünyada 774 milyon yaşlı insan var. Onların beşdə bir hissəsi yazmağı və oxumağı bacarmır. Bunların da üçdə iki hissəsini qadınlar təşkil edir. Bundan başqa, 72 milyon uşaq ibtidai təhsil almır və onların savad alması üçün çox az imkanları var. İnanıram ki, bu vəziyyətin qəbuledilməz olması barədə siz mənimlə razılaşarsınız.

Beş il əvvəl ABŞ-da bu qlobal ədalətsizliyin aradan qaldırılmasına istiqamətlənən bütün dövlətlərin toplantısı keçirilmişdir. Bu toplantıda 2003-2012-ci illər üçün savadlılıq onilliyi elan edildi. Məqsəd dünya ictimaiyyətini qlobal savadsızlıq problemi ilə bağlı məlumatlandırmaq və bu problemin aradan qardırılması istiqamətində fəaliyyəti daha da canlandırmaq idi. YUNESKO beynəlxalq ictimaiyyəti bu beynəlxalq kampaniyanı əlaqələndirməyə dəvət etdi.

Mən 2003-cü ilin fevralında Nyu-Yorkda xanım Lora Buşla onillik proqramı başlamaq şərəfinə nail olmuşam. Bu onilliyin dəstəklənməsi istiqamətində YUNESKO-nun fəaliyyəti böyükdür.

2005-ci ildə biz yaşlılar arasında 2015-ci ilə qədər savadlılığın 50 faizə qədər artırılması məqsədi ilə savadlılıq təşəbbüsünə (“Həyat” proqramı) başladıq. Bu proqram savadlılıq səviyyəsinin 50 faizdən aşağı, yaxud oxumağı və yazmağı bacarmayan 10 milyondan artıq insanın olduğu 35 inkişaf edən ölkə üçün nəzərdə tutulmuşdu. Beynəlxalq səviyyədə savadlılığa dəstəyin artırılması üçün YUNESKO öz səyini daha da artırır. Bu məqsədlə monitorinqlər təşkil edir, təcrübə mübadilələri aparır, zəruri resursları səfərbər edir. Biz bütün təşkilatları savadlılığa daha böyük üstünlük verməyə çağırırıq.

Hazırda “Hamı üçün təhsil” devizini tam reallaşdırmaq üçün tələb olunan əsas təhsilin səviyyəsində çatışmazlıq mövcuddur. Təəssüf ki, yaşlılar arasında savadlılıq proqramlarının maliyyə səviyyəsi çox aşağıdır. Buna görə də yaşlıların savadsızlıq problemini həll etmək üçün, ümumiyyətlə əsas təhsil üçün daha çox maliyyə vəsaiti sərf olunmalıdır.

Mən 35 ölkədə “Həyat” proqramının dəstəklənməsi üçün ianəçiləri daha çox vəsait sərf etməyə çağırıram. Bu ölkələrdə əldə ediləcək irəliləyiş qlobal savadsızlığın aradan qaldırılması istiqamətində olduqca vacibdir.

YUNESKO-nun qlobal savadlılığa dəstək üçün 6 regional və subregional konfrans təşkil etməsi olduqca fərəhləndirici haldır. Avropa üçün nəzərdə tutulmuş bugünkü konfrans ərəb ölkələri, Afrika, Asiya və Sakit Okean ölkələri üçün keçirilmiş konfranslardan sonra sayca beşinci konfransdır. Sentyabr ayında Meksikada Latın Amerikası və Karib hövzəsi ölkələri üçün daha bir konfransın keçirilməsi nəzərdə tutulur.

Hörmətli xanımlar və cənablar,

Bu konfransda təmsil olunan ölkələrdə savadlılığın səviyyəsi yüksək - 95 faizdən artıqdır. Lakin Avropada 15 milyon yaşlı hələ də oxumağı və yazmağı bacarmır. Əsas problem rəqəmlərdə deyil. Avropada savadsız yaşlıların sayı dünya üzrə 2 faiz təşkil edir. Avropa üçün əsas problem savad qabiliyyəti olmayan əhalinin çox olmasıdır. 2005-ci ildə aparılmış araşdırmalara əsasən, yaşlıların təxminən üçdə bir hissəsi gündəlik həyat və iş üçün tələb olunan savadlılıq səviyyəsinə çata bilməyibdir. Məsələn, belə bir faktı nəzərinizə çatdırmaq istərdim ki, Böyük Britaniyada on valideyndən biri uşaqlarına oxuduğu nağılları özü də başa düşə bilmir.

Əhalinin bəzi qrupları daha az savadlıdır. Buraya, əsasən, milli azlıqlar və immiqrantlar, fiziki cəhətdən qüsurlu olan insanlar, işsizlər, məhbuslar və ucqar ərazilərdə yaşayanlar daxildir.

Savadlılığın aşağı səviyyədə olması sosial və iqtisadi təcrid vəziyyətinə gətirib çıxarır. Avropa Komissiyasının gəldiyi qənaətə görə, Avropada 72 milyon aşağı qabiliyyətli işçilər vardır ki, bu da ümumi işçi qüvvəsinin üçdə birinə bərabərdir. Halbuki, 2010-cu ilə qədər yeni yaradılacaq iş yerlərinin 15 faizi həmin adamlar üçün nəzərdə tutulur, 50 faizi isə yüksək ixtisas tələb edəcəkdir. Belə olanda Avropa ölkələri həmin tələblərə necə cavab verəcəkdir? Bizim bu konfransda həll etmək istədiyimiz əsas məsələ də məhz budur.

İcazə verin, bəzi vacib məsələləri nəzərinizə çatdırım. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, bu təşkilata üzv ölkələrdə hər 15 yaşınadək uşaqdan 6 nəfəri qısa mətnlərin mənasını başa düşməkdə çətinliklərlə üzləşir. Bəzi ölkələrdə isə bu göstərici daha yuxarıdır. Avropada ibtidai və orta təhsilin aşağı səviyyəsi ciddi narahatlıq doğurur. Bu məsələ ilk növbədə öz həllini tapmalıdır.

İkinci məsələ isə davamlı təhsildir. Savadlı cəmiyyət təkcə yüksək savad dərəcəsi olan cəmiyyət demək deyildir. Bu elə bir cəmiyyətdir ki, orada savad qabiliyyəti inkişaf edir və istifadə olunur. Hazırda savadlılığın faydası dəyişməkdədir. Təkcə yazıb-oxumağı bacarmaq hələ kifayət deyil. İnformasiya texnologiyaları tələbələrin yiyələnməli olduğu yeni telefon və kommunikasiya vasitələri yaratmışdır. Bundan başqa, sürətli texnoloji dəyişikliklər və qloballaşma hər bir fərddən idraki və təcrübi qabiliyyətlər tələb edir.

Bu gün qabiliyyəti istiqamətləndirmək, biliyi idarə və inteqrasiya etmək əsas şərtdir. Savadlılığın müəyyən edilməsi o qədər də sadə deyildir. Əvəzində, biz hər yerdə insanları qabiliyyətlərinə görə istiqamətləndirməliyik.

Avropada müşahidə olunan qeyri-bərabər savadlılıq səviyyəsini müəyyənləşdirərkən biz bəzi məqsədləri qarşıya qoymalıyıq. Bu, təhsil alanların müxtəlif ehtiyaclarının və onların qarşılaşdıqları çətinliklərin düzgün başa düşülməsini də tələb edir. Bu baxımdan savadlılıq dərəcəsini müəyyənləşdirmək üçün milli və beynəlxalq vasitələrin olması çox vacibdir. Bu, yaxşı uyğunlaşdırılmış savadlılıq strategiyası tələb edir. Təhsil alanların artan ehtiyaclarını ödəmək üçün müxtəlif vasitə və mexanizmlər lazımdır. Bunlardan səmərəli istifadə olunmalı və müvafiq proqramlar uyğunlaşdırılmalı, nəzarət altında saxlanmalıdır. Əhalinin təcrid olunmuş qruplarının bilik imkanlarını artırmaq üçün bəzi üsul və vasitələr xüsusilə vacibdir.

Ümid edirəm ki, vacib məsələləri müzakirə edərkən siz bu və ya digər səbəbdən təhsildən təcrid olunmuş insanlara savad və sürətli inkişaf vasitəsilə yeni imkanlar bəxş edəcəksiniz. Buna görə də özümü xüsusilə xoşbəxt sayıram və ümid edirəm ki, sizin buradakı müzakirələriniz bütün Avropa və Şimali Amerikada diqqəti cəlb edəcəkdir.

YUNESKO-nun missiyası olan bu cür mübadilə həm yeni təmayülləri stimullaşdırır, həm də gələcəyə istiqamətlənmiş yeni şəbəkələr yaratmağa rəvac verir.

Hörmətli xanımlar və cənablar,

Ümid edirəm ki, bu konfransımız Avropada savadlılıq sahəsində yeni dünyagörüşünə təkan verəcəkdir. 2000-ci ildə qəbul edilmiş Lissabon strategiyasının məqsədi 2010-cu ilə qədər Avropanı dünyada biliyə əsaslanan iqtisadiyyata görə daha rəqabətli və dinamik regiona çevirməkdir.

Bu, həmçinin yoxsulluğa qarşı mübarizəyə və böyük sosial birliyə gətirəcəkdir. Bu konfrans davamlı inkişaf və yüksək həyat səviyyəsi üçün göstərilən qlobal səylərin reallaşdırılması baxımından Avropa ölkələrinə yeni imkanlar verir. Biz səmərəli fəaliyyət planları irəli sürməklə savadlı cəmiyyətlərə nail olmaq yolunda ardıcıl səylər göstərməliyik. Vaxt gedir. Bu, beynəlxalq ictimaiyyət üçün taleyüklü bir mərhələdir. 2015-ci ilə qədər “Hər kəs üçün təhsil” və Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün müəyyən edilmiş hədəflərdir. Verilmiş vədlərin yerinə yetirilməsi zamanıdır.

Sağ olun.

X X X

Sonra Amerika Birləşmiş Ştatları Prezidentinin xanımı, BMT-nin Savadlılıq Onilliyinin fəxri səfiri Lora Buşun tədbir iştirakçılarına videomüraciəti nümayiş etdirildi.

Lora Buş Bakı konfransının əhəmiyyətini vurğulayaraq bildirdi ki, dünyada savadsızlıq probleminin aradan qaldırılmasında hər bir ölkənin öhdəlik götürməsi vacibdir.

Ötən konfranslarda müzakirə olunmuş məsələlərə və qəbul edilmiş qərarlara toxunan ABŞ-ın birinci xanımı savadsızlığın təhlükəli mühit olduğunu vurğuladı.

Xanım Lora Buş savadsızlıq probleminin həllinin dünyada təbliği və dəstəklənməsi istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsinin zəruriliyini bildirdi, konfrans iştirakçılarına uğurlar arzuladı.

Konfransda çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru HAFİZ PAŞAYEV dedi ki, əsas məqsəd Avropada və dünyanın digər hissələrində savadsızlıq problemlərini müzakirə etmək və onların yeni həllərini tapmaqdır. O, savadlılığa həsr olunmuş konfransların keçirilməsinə görə YUNESKO-nun baş direktoru Koişiro Matsuuraya və indiki tədbirin Bakıda təşkilinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkür etdi.

Azərbaycanda təhsilin inkişafı proseslərindən danışan Hafiz Paşayev vurğuladı ki, Azərbaycan cəmi bir əsr ərzində savad, təhsil və elm sahəsində mühüm dəyişikliklərin baş verdiyi nadir ölkələrdən biridir. Cəmi 100 il əvvəl Azərbaycan əhalisinin çox hissəsi savadsız idi. Lakin hətta bu mühitdə də Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəyov kimi görkəmli şəxsiyyətlər yetişmiş və xalqımızın zəngin mədəni irsini daha da zənginləşdirmişlər. Zeynalabdin Tağıyev kimi uzaqgörən azərbaycanlı xeyriyyəçilərin sayəsində qızlar gimnaziyası da daxil olmaqla, bir sıra dünyəvi məktəblər açılsa da, ümumi kütlə savadsızlıq qaranlığında qalmaqda idi.

Hafiz Paşayev sovet dövründə təhsilin inkişaf sahəsində görülmüş işləri vurğulayaraq bildirdi ki, Sovet İttifaqı əhalinin savad göstəricisinə görə dünyada ən yüksək yer tutan ölkələrdən biri idi. Həmin dövrdə böyük bir ziyalı nəsli formalaşmışdı. Həmin nəslin bir neçə nümayəndəsinin 100 illik yubileyləri YUNESKO səviyyəsində qeyd edilir. Bununla yanaşı, Hafiz Paşayev sovet təhsil sisteminin nöqsanlarından da danışdı, bunların ilk növbədə təhsilin strukturu, metodologiyası və real dünyadan uzaq olması ilə bağlı olduğunu dedi.

Müstəqillik illərində Azərbaycanın təhsil sisteminin yeni bir mərhələyə daxil olduğunu bildirən xarici işlər nazirinin müavini dedi ki, hazırda Azərbaycan hökuməti keçmişdən gələcəyə doğru sürətli dəyişiklik üçün əlindən gələni etməkdədir. Prezident İlham Əliyev Azərbaycanı müasir və yüksək səviyyədə təhsil almış kadrlarla təmin etməkdən ötrü gənclərin xaricdə oxumaları üçün xüsusi Dövlət proqramı imzalamışdır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın təhsil sahəsinin inkişafında xidmətlərini qeyd edən Diplomatik Akademiyanın rektoru xatırlatdı ki, son illərdə Fondun təşəbbüsü ilə 200-dən çox yeni məktəb binası tikilmiş, yüzlərlə bina təmir olunmuşdur. Mehriban xanımın “qayğısız bir uşaq qalmasın” şüarının məqsədi kasıb və imkansız ailələrin, eyni zamanda, milli azlıqların və qaçqın-köçkünlərin uşaqlarına qayğı göstərməkdir.

Akademiyanın rektoru dedi ki, yeni məktəb və universitetlər özlüyündə məqsəd deyil, “yeni vətəndaş” yetişdirmək üçün vasitədir. Bu məqsədlə Azərbaycan hökuməti təhsil sahəsində islahatları davam etdirir. Təhsil sistemi yeni texnologiyalardan istifadə etməyi, bazar iqtisadiyyatının tələblərinə uyğunlaşmağı bacarmalı, real dünyanın meyillərini başa düşməlidir. Yalnız belə təhsil savadsızlıq problemini geniş mənada həll edə bilər.

Hafiz Paşayev rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətı haqqında məlumat verərək bildirdi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Diplomatik Akademiya peşəkar diplomatlar və digər mütəxəssislər hazırlamaq üçündür. Azərbaycan həm Şərq, həm də Qərblə münasibətlərini genişləndirir və inkişaf etdirir. İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin sayı 26-dan 56-ya çatmışdır. Növbəti iki ildə daha 20 ölkədə səfirlik açılacaqdır.

Rektor akademiyanın planları haqqında ətraflı məlumat verərək dedi ki, Diplomatik Akademiya ABŞ-ın Corctaun Universiteti, Fletçer Hüquq və Diplomatiya Məktəbi, Con Hopkins Universiteti kimi nüfuzlu təhsil ocaqları və Avropa Kolleci, ENA, Kembric Universiteti, MDBMİ, Trento Universiteti kimi Avropanın nüfuzlu təhsil ocaqları ilə münasibətlər qurmuş, əməkdaşlığa dair sazişlər imzalamışdır.

Hafiz Paşayev təhsil konsepsiyasının həyata keçirilməsinə töhfəsi və dəstəyinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bir daha təşəkkürünü bildirdi.

Hollandiya şahzadəsi xanım LAURENTİEN çıxışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təhsilin inkişafına göstərdiyi qayğını yüksək qiymətləndirdi.

O dedi ki, dünyada milyonlarla yaşlı insan yazıb oxuya bilmir, xeyli uşaq isə məktəbə getmir. Avropada əhalinin 20-25 faizi savadsızdır. Bu vəziyyətin qəbuledilməzliyini söyləyən şahzadə savadlılığın insan inkişafına aparan yol olduğunu vurğuladı.

O, Avropada bu sahədə həllini gözləyən problemlərin olduğunu qeyd edərək, onların həlli ilə bağlı ölkəsində mühüm işlərin görüldüyünü söylədi. Bildirdi ki, insanın təhsilli olması gələcəyə ümidini artırır və onun cəmiyyətə daha tez adaptasiya olunmasına imkan verir. Savadlılıq cəmiyyətin gündəliyində olmalıdır.

Şahzadə Laurentien savadsızlıq problemlərinin həllində yüksək texnologiyaların tətbiqinin vacibliyini xüsusi vurğuladı. O dedi ki, bu sahəyə investisiyaların qoyulması çox əhəmiyyətlidir. Savadsızlıq probleminin həllinə cəmiyyətin diqqətini artırmaq üçün mətbuatın rolundan da istifadə edilməlidir.

X X X

Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdirdilər.

Konfrans işini mayın 15-də davam etdirəcəkdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib

BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub

Vyetnamın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib

® FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edilib – “Birbank” və “Visa”nın kampaniyası yekunlaşıb

İraq hava məkanını uçuşlar üçün yenidən açıb

Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır

Danimarka ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 milyon manatı vətəndaşlara qaytarılıb

İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb

Dilçilik İnstitutunun şöbələri yarımillik hesabat verib

Abaşidze: Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı regionun strateji əhəmiyyətini daha da artırır

Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistanda beynəlxalq təlim proqramında iştirak edib

Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslər iyulun 12-də test imtahanı verəcəklər

Britaniyada uşaqlara internet üzərindən açıq-saçıq görüntülərin göndərilməsinin qarşısı alınır

Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır

Ölkəmizdə ukraynalı uşaqlara reabilitasiya xidmətləri göstərilir

Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar

“Qarabağ Tallin” Brüsseldə keçirilən beynəlxalq turnirin gümüş mükafatçısı olub

Bu ilin 4 ayında Azərbaycan Aİ ölkələri arasında ən çox İtaliyaya məhsul göndərib

Cəlilabadda şadlıq sarayında saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Ayjan Beyseyeva: Orta Dəhliz strateji inkişaf fazasına qədəm qoyur

Yaradıcılıq tələb edən fənlərin sertifikatlaşdırılması tədrisin keyfiyyətini artıracaq - ekspert

Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüş təşkil edilib

Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət

Rumıniya elmi nəşrində "Varlıq" jurnalının milli kimlikdəki rolu araşdırılıb

SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO

SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO

Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb