YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ ANDREAŞ LOKADAŞ BSU-NUN QONAĞI OLMUŞDUR
Bakı Slavyan Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda keçirilən “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda regional konfransda iştirak edən YUNESKO-nun xoşməramlı səfiri Andreaş Lokadaş növbəti “Səfir saatı”nda tələbələrin qonağı olmuşdur.
BSU-nun tədris işləri üzrə prorektoru Asif Hacıyev başa çatmış konfransın yekunları haqqında qısa məlumat verərək, təhsilin təbliğində regional tədbirlərin əhəmiyyətini vurğulamış, Heydər Əliyev Fondunun və onun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyətindən söhbət açmışdır.
YUNESKO-da Macarıstanı təmsil edən Adreaş Lokadaş ölkəsinin tarixindən və müasir inkişaf yolundan danışmışdır.
Qonaq tələbələrin suallarına cavab vermiş və BSU-nun fəxri qonaqlar kitabında ürək sözlərini yazmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]