Zaqatala rayonu ərazisində meliorasiya-irriqasiya tədbirləri davam etdirilir
Zaqatala, 31 oktyabr (AZƏRTAC). Zaqatala rayonu ərazisində meliorasiya-irriqasiya tədbirləri, habelə ərazidən axan dağ çaylarında sahilbərkitmə işləri davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, suvarma şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə edilməsi məqsədilə cari ilin ötən dövrü ərzində “Meliorasiya və Su Təsərrüfatı” ASC rayon ərazisində 2 subartezian quyusunda təmir-bərpa, 22 quyuda təmir işləri həyata keçirmişdir. Eyni zamanda, 2 min hektardan çox əkin sahəsinin suvarılmasını təmin edəcək ikipilləli “Alazan” nasos stansiyasında təmir-bərpa işləri davam etdirilmiş, suvarma kanalları lildən təmizlənmişdir.
Bundan əlavə, yaşayış məntəqələri və əkin sahələrinin sel sularından mühafizəsini təmin etmək məqsədi ilə 600 metr uzunluğunda daş-beton bənd tikilmiş, 5 min 764 kubmetr həcmində daş-beton bəndlər təmir edilmiş, 400 kubmetr həcmində qabion bəndlər quraşdırılmış, habelə 868 min kubmetr həcmində çay yataqları qum, çınqıl və lildən təmizlənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [21:04]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:13]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [20:00]