Zaqatalada karantin rejimi qaydalarını pozan çayxana aşkarlanıb
Bakı, 1 may, AZƏRTAC
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin qaydalarını pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, bu istiqamətdə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi növbəti tədbirlər nəticəsində şəhərin Nizami küçəsində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyənləşdirilib. Obyektə baxış zamanı orada olan kafenin sahibi Rəşid Ələkbərov və Zaqatala sakini olan altı nəfər müştərinin karantin qaydalarını pozduqları aşkarlanıb. Həmin şəxslər rayon polis şöbəsinə gətiriliblər və onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.