ZAQATALANIN KEBELOBA KƏNDİNDƏ YENİ KÖRPÜ İSTİFADƏYƏ VERİLMİŞDİR
Zaqatala Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, rayonun Kebeloba kəndi ərazisində Miçqar çayı üzərində Fövqəladə Hallar Nazirliyinin vəsaiti ilə 25 metr uzunluğunda yeni körpü tikilib istifadəyə verilmişdir.
Çay üzərində indiyədək körpü olmadığından onun digər sahilində yaşayan 15 ailə Kebeloba kəndinə, eləcə də rayon mərkəzinə gediş-gəlişdə ciddi çətinliklərlə üzləşirdi.
Yeni körpünün istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən kənd sakinləri onları uzun illərdən bəri narahat edən bu problemin həllinə göstərdikləri qayğıya görə Fövqəladə Hallar Nazirliyinin, eləcə də rayonun rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]