Zaur Əliyev qəbul qrafikinə uyğun olaraq vətəndaşlarla görüşüb
Bakı, 8 iyun, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib.
AZƏRTAC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadla bildirir ki, vətəndaşların müraciətləri, əsasən iş və əmək münasibətləri, müayinə-müalicə, dərman təminatı, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi ilə bağlı olub.
Müraciətlər diqqətlə dinlənilib, müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.