Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Zəfər Bayrağımız etibarlı əllərdə, dəmir yumruq yerindədir!” adlı vətənpərvərlik tədbiri keçirilib

Şamaxı, 9 avqust, AZƏRTAC

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatı ilə başlanan Vətən müharibəsində bütün xalqımız kimi Şamaxı və Ağsu rayon sakinləri də həm arxa, həm də ön cəbhədə möhtəşəm Zəfərin qazanılmasında səylərini əsirgəməyib, bu gün də rəşadətli Azərbaycan Ordusuna dayaqdırlar.

Yüzlərlə şamaxılı, ağsulu gənc bütün cəbhələrdə cəsarətlə vuruşub, Qələbəyə gedən yollarda şəxsi şücaət və igidlik nümunələri göstəriblər. Onlardan neçəsi şəhidlik zirvəsinə ucalıb, neçəsi qazi kimi ailələrinə dönüb, neçəsi isə bu gün də yenilməz Ordumuzun sıralarında Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət edir, müstəqilliyimizin keşiyində, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanaraq Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətlərində düşmən təxribatlarının, döyüş mövqelərimizə hücum cəhdlərinin qarşısını mərdliklə və qətiyyətlə alırlar.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsində şəhadətləri ilə yeni tarix yazan, adları tarixə yazılan şəhidlərimizdən gizir Naiq Ələkbərovun və gizir İlkin Zülfüqarovun doğum günləri münasibətilə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə avqustun 8-də Şamaxı və Ağsu rayonlarında keçirilən “Zəfər Bayrağımız etibarlı əllərdə, dəmir yumruq yerindədir!” adlı vətənpərvərlik tədbiri ordu ilə xalqın sağlam mənəvi birliyinin nümayişinə çevrilib.

Müdafiə Nazirliyinin rəsmiləri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüşçü dostları, veteran təşkilatlarının və ictimaiyyətin nümayəndələri şəhərin giriş hissəsində həmişəyaşıl ağaclarla əhatə olunan yüksəklikdə salınmış Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə dualar oxunub, məzarlar üzərinə çələng və tər çiçəklər düzülüb.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Vətən müharibəsində qazanılan şanlı qələbədən, zabit və əsgərlərimizin rəşadətindən, xalqımızın arxa cəbhədəki fədakarlıqlarından və əlbəttə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətindən, hücum diplomatiyasından ətraflı söhbət açıb.

Qeyd olunub ki, bu gün şəhid gizirlər Naiq Ələkbərov və İlkin Zülfüqarovun ad günüdür. Onlar eyni gündə, avqustun 8-də dünyaya göz açıblar. Naiq Şamaxı rayonunun Bağırlı kəndində, İlkin isə Ağsu rayonunun Gursulu kəndində anadan olub.

Naiq Ələkbərov Azərbaycan Dövlət Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Hərbi Tibb Məktəbini, İlkin Zülfüqarov isə Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçdikdən sonra “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” və “Təməl Xüsusi Təyinatlı” kurslarını bitirib. Hər ikisinə “gizir” hərbi rütbəsi verilib.

Gizir N.Ələkbərov motoatıcı taborun tibb məntəqəsinin feldşeri, artilleriya divizionunun tibb məntəqəsinin rəisi - feldşer, xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifələrində xidmət edib.

Gizir İ.Zülfüqarov isə motoatıcı taqım komandiri, mühəndis-kəşfiyyat qrupunun komandiri və kəşfiyyatçı kimi xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib.

Yeznə-qayın olan hər iki hərbi qulluqçu Vətən müharibəsinin başlandığı ilk gündən döyüş meydanlarına atılaraq respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda fəal iştirak edərək hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetiriblər. Naiq Ələkbərov Kəlbəcər uğrunda ilk döyüşlərdə iştirak edib və onlar Füzuli, Cəbrayıl rayonlarının bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsində mərdlik nümunələri göstəriblər.

Gizir Zülfüqarov 2020-ci il oktyabrın 8-də Cəbrayıl rayonu ərazisində, gizir Ələkbərov isə oktyabrın 9-da Füzuli rayonu uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.

Nəzərə çatdırılıb ki, hər iki gizir Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradın iştirakçısıdır və onlar Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə nazirinin əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunublar.

Gizir İ.Zülfüqarov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları, gizir N.Ələkbərov isə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Şamaxı Cümə Məscidinin axundu Hacı Mərhəmət Mustafayev, Şamaxı rayon Veteranlar Şurasının sədri Ağarza Bayramov və başqaları çıxış edərək şamaxılılar tərəfindən də şəhidlərimizin adlarının həmişə əziz tutulduğunu, adlarının əbədiləşdirildiyini və ailələrinin daim diqqət mərkəzində saxlanıldığını bildiriblər.

Aprel döyüşlərinin iştirakçısı, uzun müddət tabor və hərbi hissə komandiri vəzifələrində xidmət edən, “Vətən uğrunda”, “İgidliyə görə” və bir çox döyüş medalları ilə təltif olunan, bu günlərdə isə Belarus Respublikasının Hərbi Akademiyasını fərqlənmə diplomu və qızıl medalla bitirən Azərbaycan Ordusunun zabiti polkovnik Fuad Ələkbərov əmisi oğlu Naiqlə və onun qayını İlkinlə bağlı xatirələrini söyləyib. O, iftixar hissi ilə vurğulayıb ki, bütün xalqımız kimi hər bir Şamaxıdan olan əli silah tutan gənc də bu gün Müzəffər Ali Baş Komandamızın əmrlərinə hazırdır.

Vətən müharibəsi iştirakçısı, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin baş müəllimi polkovnik-leytenant Rəşaiq Ələkbərov da şəhid Naiq və İlkinlə bağlı xatirələrini bölüşüb, rayon gənclərinin peşə seçimində daha çox xüsusi təyinatlı təhsil müəssisələrinə üz tutduqlarını yüksək dəyərləndirib.

Naiqin atası, Birinci Qarabağ müharibəsi dövründə Füzuli və Cəbrayıl rayonları uğrunda döyüşlərin fəal iştirakçısı və bu gün də gənclərin vətənpərvərlik tərbiyəsində yaxından iştirak edən, Bağırlı kənd tam orta məktəbinin Çağırışaqədərki Hazırlıq fənni üzrə müəllimi Faiq Ələkbərov tədbir iştirakçılarını əmin edib ki, bundan sonra da yeni-yeni qəhrəmanların yetişməsi üçün yorulmaz fəaliyyət göstərəcək, şəhid oğlundan yadigar qalan üç nəvəsinin də atalarının adına layiq böyümələri üçün babalıq vəzifəsini yerinə yetirəcəkdir.

Şəhidin övladları Ömər və Zəminənin söylədiyi şeirlər tədbir iştirakçılarına kövrək anlar yaşadıb.

Şəhidlər xiyabanı ziyarət olunduqdan sonra Bağırlı kəndində şəhid Naiqin xatirə bulağının açılışı olub. Burada Vətən müharibəsinin hər gününə bir şam ağacı olmaqla 44 ağac əkilib.

Polkovnik Abdulla Qurbani, Milli Məclisin deputatı Tamam Cəfərova, şəhid Faiq Şıxəliyev adına Bağırlı kənd tam orta məktəbinin direktoru Asif Mirzəyev, Şamaxı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri, müharibə iştirakçısı, ehtiyatda olan baş leytenant Cəlal Bayramov və başqaları çıxış edərək ömür-gün yoldaşını və qardaşını itirən Əfsanə xanıma, eləcə də şəhidin yaxınlarına bir daha başsağlığı verib, səbir diləyiblər.

Şəhidin bacısı Günel qardaşına həsr etdiyi yeni şeirini oxuyub, məktəblilər şair Azər Əzizoğlunun şeirlərindən ibarət “Şəhidlər əbədi yaşayacaqlar!” adlı ədəbi kompozisiya təqdim ediblər.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Nihad Ələkbərov gələcəkdə qəhrəman şəhidlərimizin yarımçıq ömürlərini şərəflə davam etdirəcəyinə söz verib.

Uzun müddət Çuxuryurd kəndində fəaliyyət göstərən Kəlbəcər rayon 89 nömrəli orta məktəbində müəllim işləmiş şair-publisist Azər Əzizoğlunun alovlu çıxışı ilə növbəti tədbir də başa çatıb. O deyib: “Şəhidlər Vətənə məhəbbətin böyüklüyündən doğulan, daha uzun və mənalı bir ömrün sahibləridir. Onların qazancı heç də hər kəsə nəsib olmayan şərəfli və ləyaqətli bir əbədiyyətdir. Az-çox vicdanı olan hər bir kəsin borcudur ki, bircə an da olsa belə onlardan ayrılmasın, dünyaya onların nəzərləri ilə baxsın, onların yarımçıq qalmış ömürlərini öz ömürlərinə qataraq çiliklənmiş arzularının yerinə yetməsi üçün səy göstərsin. Bax, onda görəcəyik ki, Çingizləşmişik, Malikləşmişik, Mübarizə dönmüşük, Təbriz, Naiq, İlkin, Sabir... olmuşuq.

Qəhrəmanlığı bu günə qədər Tomrisdən, Babəkdən, Koroğludan, Nəbidən öyrənirdiksə, bu gündən belə onların ardıcılları, hər bir gəncimiz üçün örnək olan qəhrəman şəhidlərimizdən, igid qazilərimizdən və Azərbaycan Ordusunun mübariz zabit və əsgərlərindən öyrənməliyik. Onların hər biri haqqında nə qədər çox deyilsə də, qalaq-qalaq kitablar yazılsa da, filmlər çəkilsə də, xatirə abidələri ucaldılsa da azdır, çox azdır!.. Birdəfəlik hər birimiz yadda saxlamalı və unutmamalıyıq ki, şəhidlik azadlığımız, müstəqilliyimiz, dövlət kimi mövcudluğumuz, millət kimi yaşamamız naminə şüurlu şəkildə özünü Vətən uğrunda şəhid edərək əbədiyyətə qovuşmaqdır!”.

Günün ikinci yarısında Ağsu rayonunun Gursulu kəndində yol kənarında şəhid İlkin Zülfüqarovun ad günü münasibətilə inşa edilən xatirə bulağı qarşısında keçirilən “Poeziya saatı”nda A.Qurbani, şair-publisist A.Əzizoğlu unudulmaz şəhidlərimizin xatirəsinə, qazilərimizin fədakarlığına, Azərbaycan əsgərinin şərəfinə və Müzəffər Ali Baş Komandana, yenilməz Ordumuza həsr etdikləri şeirlərini oxuyublar.

Şəhid gizir Sabir Heydərovun atası Ceyhun müəllimin hərarətli çıxışı bulaq başına toplaşan hər bir kəsə qürurverici anlar yaşadıb: “Mənim oğlum Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən orduya qayıdıb. Peşəkar kəşfiyyatçı kimi Füzuli və Cəbrayıl rayonlarının bir çox yaşayış məntəqələrinin azad olunması uğrunda döyüşlərdə Naiqlə, İlkinlə bir yerdə vuruşub, döyüşüb, mühüm kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirib. O da oktyabr ayının ilk günlərində şəhidlik zirvəsinə ucalıb. Mən təkcə Sabirimlə deyil, bütün şəhidlərimizlə fəxr edirəm. Azərbaycan əsgərinin şücaətindən qürur duyuram. Özüm də Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Oğul düşmən çəpəri deyilmi?! Bircə arzum budur ki, bulaqlarımız daim çağlasın, axar çaylarımız qurumasın, igidlərimiz döyüşlərdən həmişə zəfərlə geri dönsünlər!”.

Şəhid İlkinin atası Nürəddin Zülfüqarov “Bir oğlum var idisə, indi Azərbaycan Ordusunda yüzlərlə, minlərlə İlkin kimi oğullarım var. Bu gün hərbi hissələrdə andiçmə mərasimləri keçirilir. Mənim isə arzum budur ki, onlar xidmətlərini şərəflə başa vurub sağ-salamat öz ailələrinə dönsünlər”.

Qudalar Faiq Ələkbərov, Nürəddin Zülfüqarov və Ceyhun Heydərov dövlətimizin başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə, tədbir iştirakçılarına minnətdarlıqlarını bildirib, ziyarətçilərlə birlikdə xatirə şəkli çəkdiriblər.

Yoldan keçən sərnişinlər də avtomobillərini yol kənarında saxlayaraq izdihama yaxınlaşıb, şəhid valideynlərinə təsəlli verib, bulaq suyundan içiblər.

28 il öncə doğma Füzuli rayonundan məcburi köçkün düşən Şahzadə Fərəcova və Xəyal Sadıqova şəhid anasının qarşısında baş əyərək doğma kəndlərinin azad edilməsi uğrunda şəhid olan igidlərin valideynlərinə bütün füzulilər adından dərin minnətdarlıqlarını bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər