Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər Günü dövlətimizin qüdrətini nümayiş etdirən tarixi Qələbəmizin əbədiyaşar rəmzidir - Açıqlama

Zəfər Günü dövlətimizin qüdrətini nümayiş etdirən tarixi Qələbəmizin əbədiyaşar rəmzidir -  Açıqlama

Bakı, 8 noyabr, AZƏRTAC

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilən, dövlətimizin qüdrət və gücünün nüfuz və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən tarixi qələbəmizin rəmzidir. Azərbaycanın qəhrəman silahlı qüvvələri tərəfindən darmadağın edilən işğalçı Ermənistanın ordusu noyabrın 8-də ağ bayraq qaldıraraq təslim oldu, bununla da 30 il davan edən işğala son qoyuldu. Qarabağ Zəfəri son üç ildə atılan qətiyyətli, düşünülmüş addımlarla daha da möhkəmləndirildi, suverenliyimiz tam bərpa olundu.

Bunu hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında söyləyib.

Şuşanın işğaldan azad olunması Ermənistanı birgə Bəyanata imza atmağa məcbur etdi

Onun sözlərinə görə, məhz Şuşanın işğaldan azad olunması ilə Ermənistan məğlubiyyətini qəbul edərək üçtərəfli birgə Bəyanata naməlum şəraitdə imza atdı. Bir çoxları Şuşanın azad olunmasından sonra Azərbaycanın üçtərəfli birgə Bəyanatla təsbit edilmiş vəziyyəti dəyişməyə cürət etməyəcəyini düşünürdü. Düşünürdülər ki, Azərbaycan ermənilərin yaşadığı ərazilərdə hər hansı əməliyyat keçirməyə və yaxud da bu ərazilərdə Azərbaycan dövlətinin müvafiq qurum və strukturlarının nəzarətini bərpa etməyə imkan verilməyəcək, beynəlxalq təşkilatlar buna mane olacaqlar. ABŞ, xüsusilə də Qərb ölkələrinin tutduğu mövqe, onların səsləndirdiyi bəyanatlar və proqnozlar bir çoxlarında Azərbaycanın Şuşadan sonra əməliyyatlara davam etməyəcəyinə dair fikirlər formalaşdırmağa imkan vermişdi. Lakin Azərbaycan tərəfi Vətən müharibəsindən sonrakı dövrdə də bütün düşmən təxribatlarına layiqincə cavab verdi və bu proseslərdən Azərbaycanın insan hüquqlarının müdafiə təşkilatları da kənarda qalmadılar. Onlar da 2021-ci ilin sonundan 2022-ci ilin ortalarınadək ərazilərimizin talan edilməsinə və oraya silah-sursat və minaların daşınmasına etiraz əlaməti olaraq aksiyalara başladılar.

Ə.Verdiyev bildirib ki, Azərbaycan Ordusunun hissə və bölmələri Ermənistan silahlı qüvvələrinin Qarabağda qalmaqda davam edən birləşmələrinin ardıcıl təxribatlarına kifayət qədər tutarlı cavab tədbirləri gördülər. Bu cavab tədbirlərinə bəzi region ölkələri və Qərb dairələri etiraz bəyanatları səsləndirir və bununla da Azərbaycana qarşı öz təzyiqlərini davam etdirməyə çalışırdılar. Bu təzyiq cəhdləri heç bir halda Azərbaycanı öz yolundan və istiqamətlərindən, ərazilərinin işğaldan və erməni silahlılarından təmizlənməsi məsələsindən geri çəkilməyə vadar edə bilmədi. Tam əksinə olaraq, Azərbaycan dövləti öz fəaliyyətini kənar qüvvələrin, regiona aidiyyəti olmayan ölkələrin və bəzi üzdəniraq beynəlxalq təşkilatların səsləndirdiyi bəyanatlarla deyil, öz dövlətimizin milli maraqları çərçivəsində planlaşdırdı və həyata keçirdi.

Ali Baş Komandanımızın həyata keçirdiyi məqsədyönlü fəaliyyətlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub

“Sonrakı dövrdə bir çox ölkələr və təşkilatlar, o cümlədən ABŞ, Avropa İttifaqı, Fransa 30 illik işğal dövründə olduğu kimi, bu müddətdə də vəziyyətin qeyri-müəyyən qalmasında maraqlı idilər. Buna görə də onlar ATƏT-in Minsk qrupunun yenidən fəaliyyətə başlaması üçün bir çox səylər göstərirdilər. Hətta 30 illik danışıqlar prosesinin yenidən bərpası istiqamətində müəyyən addımlar atmışdılar. Danışıqlar prosesinin əsas məntiqi ondan ibarət olurdu ki, Qərb ölkələri ermənilərin Azərbaycanda yaşaya bilməyəcəyi və buna görə də ayrılmasının zəruriliyini ehtiva edən hüquqi prosedurları diplomatik masaya gətirməyə çalışırdı”, - deyə hərbi ekspert vurğulayıb.

Ədalət Verdiyev xatırladıb ki, Qərb təsisatları Azərbaycana və onun Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevə qarşı çirkin kampaniyalar həyata keçirirdilər. Onlar öz niyyətlərini praktiki müstəviyə keçirmək üçün bir çox beynəlxalq təşkilatların və informasiya vasitələrinin imkanlarından geniş istifadə edirdilər. Azərbaycanı öz əraziləri üzərində suverenliyini tam bərpa etməsinə imkan vermək istəmirdilər. Nəticə etibarilə əsas məqsəd Azərbaycanı 2020-ci ilin nəticələri ilə məhdudlaşdırmağa məcbur etməkdən ibarət idi.

Dövlətimizin başçısı İlham Əliyev isə bütün fəaliyyəti boyunca nəyi, nə zaman və necə etməli olduğunun ən yaxşı nümunələrini xalqımıza dəfələrlə nümayiş etdirmişdi. O başladığı işlərin heç birini, heç zaman yarımçıq qoymamışdı. Bu dəfə də Ali Baş Komandan İlham Əliyev suverenlik və ərazi bütövlüyü məsələlərində Vətən müharibəsinin nəticələri ilə öz fəaliyyətini məhdudlaşdırmadı. Əksinə, sonrakı üç il ərzində kifayət qədər uğurla həyata keçirdiyi siyasət nəticəsində əvvəlki İkinci Qarabağ savaşındakı qazandığımız nailiyyətləri davam etdirib və 2023-cü ilin sentyabrın 20-də Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü fəaliyyətlər öz məntiqi sonluğuna çatıb - Azərbaycanın suverenliyi tam bərpa olunub.

Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində Xankəndində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı

Ədalət Verdiyev qeyd edib ki, kənar qüvvələrin bütün təzyiqlərinə, hədələrinə baxmayaraq, dövlətimizin başçısı İlham Əliyev uzaqgörən siyasəti nəticəsində barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirməklə Xankəndində Azərbaycanın Dövlət Bayrağının ucaldılacağı günü tamamilə tam yaxınlaşdırmağa nail oldu. Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq nailiyyətlərə imza atan Ali Baş Komandanımız müharibədən sonrakı müddətdə də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bütün məsələləri reallaşdırdı. O, Prezident kimi üzərinə götürdüyü tarixi missiyanı başa çatdırdı. Azərbaycan bir gündən də az müddət ərzində Ermənistan silahlı birləşmələrini tamamilə təslim olmağa məcbur etdi. Dövlətimizin başçısı uzaqgörənliyi və siyasi ustalıq nümayiş etdirərək mürəkkəb münaqişəni kifayət qədər incəliklə, zərgər dəqiqliklə xalqımıza güvənməklə, ondan güc almaqla həll etdi və dünyanı Azərbaycanın haqlı olduğuna inandıra bildi. Ali Baş Komandan yüksək iradə nümayiş etdirərək Azərbaycana qarşı olan və müqavimət göstərən gücləri neytrallaşdırdı və tarixi ədaləti bərpa etdi.

“Bununla da milli lider xüsusiyyətlərini və keyfiyyətlərini özündə birləşdirən Ali Baş Komandan İlham Əliyev müharibədən sonrakı müddətdə tarixi əhəmiyyət kəsb edən və Azərbaycanın suverenliyinin bərpasını təmin edən tarixi missiyanı uğurla başa çatdırdı. Cəmi 23 saat 51 dəqiqə ərzində Ermənistan silahlı qüvvələrinin təslim olması, oktyabrın 15-də isə Xankəndində Prezident İlham Əliyev tərəfindən Azərbaycan Bayrağının ucaldılması tarixi əhəmiyyətinə görə yalnız 44 günlük müharibədə əldə edilən Zəfər Günü ilə müqayisə oluna bilər. 2023-cü ilin sentyabrında Azərbaycanın qazandığı Qələbə siyasi və mənəvi əhəmiyyətinə görə, Zəfər Gününə bərabər olan nailiyyətdir və bu uğur onu tamamlayan tarixi hadisədir.

Hazırda Azərbaycanın Bayrağı bütün suveren ərazilərimiz üzərində dalğalanır. Bu gün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ən böyük arzusu olan Heydər Əliyevin, həmçinin zəngin tariximizin müxtəlif mərhələlərində dövlətimizi qələbədən qələbəyə aparan hökmdarların da ruhu şaddır.

Azərbaycanın əldə etdiyi möhtəşəm qələbənin memarı Ali Baş Komandan İlham Əliyev, onun qəhrəmanları isə Silahlı Qüvvələrimizdir. Allah bütün şəhidlərimizə rəhmət etsin!”, - deyə Ə.Verdiyev fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH