“Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək
Bakı, 13 fevral, AZƏRTAC
Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, olimpiadada iştirak edən IX-XI sinif şagirdləri riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələrində bilik və bacarıqlarını nümayiş etdirəcək, eyni zamanda, şagirdlər arasında şahmat turniri təşkil ediləcək.
Komanda yarışı formatında keçiriləcək olimpiada regional və respublika mərhələlərindən ibarətdir. Cari ilin aprelində keçirilməsi planlaşdırılan regional mərhələnin nəticələri əsasında qaliblərin müəyyən olunması üçün may ayında olimpiadanın final mərhələsi təşkil ediləcək.
Olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:39]
Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib
- 01.10.2026 [11:30]
Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır
- 01.10.2026 [11:02]
Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır
- 01.10.2026 [10:53]
“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur
- 01.10.2026 [01:03]
“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]