ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ TƏQRİBƏN 2 MİN TURİST İTKİN DÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Çin hökumətinin etirafına görə, Sıçuan əyalətində zəlzələdən sonra itkin düşənlər arasında təqribən 2 min turist, o cümlədən əcnəbi dövlətlərin vətəndaşları olmuşlar.
Hələlik dəqiq məlumdur ki, viran qalmış rayonlarda Böyük Britaniyadan pandaların yetişdirildiyi məşhur mərkəzə - Volona yollanan 15 turist vardır. Hazırda bu adamların “əlçatmaz zonada” olduqları bildirilir. Onların sağ qalıb-qalmadıqları haqqında dəqiq məlumat yoxdur.
Bununla belə, çinlilər, mindiyi avtobus palçıq selinə qərq olmuş 37 turistin həlak olduğu faktını artıq təsdiq etmişlər. Lakin onların arasında əcnəbilərin olub-olmadığı haqqında hələlik dəqiq məlumat yoxdur.
Son rəsmi məlumata görə, zəlzələ nəticəsində 9 min 219 nəfər həlak olmuşdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:41]
Yaponiyada ayı təhlükəsi səbəbindən 94 məktəb bağlanıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]