Zərdab rayon mərkəzi xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri aparılır
Zərdab, 7 avqust (AZƏRTAC). Zərdabda əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə xəstəxana və tibb məntəqələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi avadanlıqla təminatı istiqamətində tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, hazırda rayon mərkəzi xəstəxanasında əsaslı təmir işləri aparılır. Bütün işlər dövlət vəsaiti hesabına görülür. Əsas binada, eləcə də poliklinika şöbəsində istilik sistemi yenidən qurulub, su və kanalizasiya xətləri təzələnib. Əsas binanın dam örtüyü dəyişdirilir.
Əsaslı təmir və yenidənqurma işlərindən sonra xəstəxana müasir inventar və tibbi avadanlıqla tam təchiz ediləcək.
Xəstəxananın gələn ilin birinci rübündə istifadəyə verilməsi nəzərdə tutulub.
Artıq daxili imkanlar hesabına rayonun Qoruqbağı kənd həkim məntəqəsində, Sarıqaya və Pərvanlı kənd tibb məntəqələrində də əsaslı təmir işləri aparılıb, bu səhiyyə ocaqlarına lazımi inventar və avadanlıq alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]