Zərdabda 700-ə yaxın kümçü ipəkqurdu bəsləyəcək
Zərdab, 6 may, AZƏRTAC
Zərdab rayonunda cari mövsümdə 700 nəfərə yaxın kümçü ipəkqurdu bəsləyəcək.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2020-ci ilin məhsulu üçün Qax Damazlıq İpəkçilik stansiyasından 1700 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanıb.
Qeyd edək ki, bölgədə son illər vaxtilə ənənəvi sahə olan baramaçılıq sürətlə inkişaf edir. Bu gəlirli sahə ilə məşğul olan kümçülərin sayı da artır. Təkcə bu il onların sayı 50 nəfərə yaxın artıb.
Ötən il baramaçılıqla 644 nəfər kümçü məşğul olub və onlar 71539 kiloqram yaş barama tədarük edərək “Azəripək” MMC-yə təhvil veriblər. Təhvil verilən yaş baramaya görə kümçülərin hesabına 635016,40 manat vəsait ödənilib.
Zərdab baramaçıları cari mövsümdə daha yüksək nəticə əldə etmək əzmindədirlər. Bölgədə kifayət qədər təcrübəli kümçü, həmçinin ipəkqurdlarını bəsləmək üçün yem bazası var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]