Zoologiya İnstitutu: Entomoloji və araxnoloji materiallar toplanıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının əməkdaşları - böyük elmi işçilər, dosent Zöhrə Musayeva, biologiya üzrə fəlsəfə doktoru Tamara Nuruyeva, aparıcı elmi işçi, dosent Ellada Hüseynova Qobustan rayonunda ekspedisiyada olublar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Ekspedisiya zamanı Qobustan rayonunda çəmənliklər, yol qırağında salınmış süni meşə ətrafı sahələr müşahidə edilərək, entomoloji və araxnoloji materiallar toplanıb. Əməkdaşlar mövzularına uyğun olaraq hörümçəkkimilərə və “Buprestidae” fəsiləsinə aid növləri təyin etmək üçün laboratoriyaya gətiriblər.