Zoologiya İnstitutunun əməkdaşı pambıq sovkasının pupları və digər zərərvericilər üzərində tədqiqatlar aparıb
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun kiçik elmi işçisi Səliqə Qazi Biləsuvar rayonunun pambıq əkilən bəzi kəndlərində ekspedisiyada olub.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, S.Qazi ekspedisiya müddətində əvvəlcə Biləsuvar rayonunun Xırmandalı kəndində yerləşən pambıq sahələrinə baxış keçirib.
Tədqiqat zamanı pambıq sovkasının pupları və qışlamada olan bir sıra zərərvericilər aşkarlanaraq toplanıb. Eyni zamanda, rayonun bəzi şəkər çuğunduru sahələrində müşahidələr aparılıb və bir çox zərərvericilər götürülüb. Bütün materiallar laboratoriyaya gətirilib və hazırda üzərində tədqiqatlar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:25]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
- 08.06.2026 [16:49]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:23]
AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub
- 08.06.2026 [16:13]