“103-Təlim Mərkəzi” layihəsi yekunlaşmışdır
Bakı, 19 fevral (AZƏRTAC). “İrəli” Tibb Klubu və “Sağlam Ailə” Klinikasının birgə əməkdaşlığı ilə keçirilən “103-Təlim Mərkəzi” layihəsi yekunlaşmışdır.
AZƏRTAC xəbər verir ki, “Sınıqlar və çıxıqlar zamanı ilkin tibbi yardım. İnyeksiyalar, inyeksiyaların düzgün vurulması” mövzusunda keçirilən son təlim “Sağlam Ailə” Klinikasında tibb bacısı Sədaqət İsmayılova tərəfindən aparılmışdır.
Təlimin ümumi hissəsində iştirakçılara sınıqlar və çıxıqlar haqqında ümumi məlumat verilmiş, zədələnmə zamanı göstəriləcək ilkin tibbi yardım praktiki olaraq nümayiş olunmuşdur.
Sonra inyeksiyalar haqqında danışılmış və onların vurulması göstərilmişdir. Həmçinin iştirakçılar da praktiki olaraq inyeksiyaların vurulmasını tətbiq etmişlər.